Təhsil nazirinin müavini Parisdə rəsmi səfərdədir – FOTO | 1news.az | Xəbərlər
Cəmiyyət

Təhsil nazirinin müavini Parisdə rəsmi səfərdədir – FOTO

15:00 - 25 / 05 / 2018
Təhsil nazirinin müavini Parisdə rəsmi səfərdədir – FOTO

Təhsil nazirinin müavini Firudin Qurbanovun rəhbərlik etdiyi nümayəndə heyəti Avropa Ali Təhsil Məkanı nazirlərinin konfransında iştirak etmək məqsədi ilə Fransanın Paris şəhərində rəsmi səfərdədir.

1news.az-a Təhsil Nazirliyindən verilən xəbərə görə, nümayəndə heyətinin tərkibinə Təhsil Nazirliyinin Elm, ali və orta ixtisas təhsili şöbəsinin müdir müavini Şahin Bayramov, Beynəlxalq əlaqələr sektorunun müdiri Tural Əhmədov, Azərbaycan Dövlət İqtisad Universitetinin rektoru Ədalət Muradov və Bakı Dövlət Universitetinin SABAH qruplarının III kurs tələbəsi Nigar Hüseynova daxildir.

İki gün davam edəcək tədbiri mayın 24-də açıq elan edən Fransa Respublikasının ali təhsil, tədqiqat və innovasiyalar naziri xanım Frederique Vidal 1998-ci ildə qəbul olunmuş Sorbon bəyannaməsindən sonra Avropa Ali Təhsil Məkanında əldə olunmuş uğurlardan bəhs edib.

Açılış mərasimində Fransa Respublikasının Baş naziri Eduard Filip, YUNESKO-nun Baş katibi Odri Azulay, Təhsil, Mədəniyyət, Gənclər və İdman üzrə Avropa komissarı Tibor Navraksis iştirak edib. Tədbirə həmçinin, 48 ölkənin təhsil üzrə rəhbər şəxsləri, ixtisaslaşmış regional və beynəlxalq təşkilatların nümayəndələri qatılıb.

Konfransda üzv ölkələr arasında ali təhsil sahəsində növbəti 10 il üçün ortaq dəyərlərin müəyyənləşdirilməsi, mümkün çağırışların aydınlaşdırılması və qarşılıqlı dialoqun gücləndirilməsi məqsədi ilə müzakirələr aparılıb.

Tədbirdə çıxış edən nazir müavini Firudin Qurbanov ölkəmizin 2005-ci ildə qoşulduğu Bolonya prosesi çərçivəsində təhsil sahəsində aparılan islahatlar, onların müsbət nəticələri haqqında məlumat verib, o cümlədən Azərbaycan-Fransız Universiteti timsalında həyata keçirilən ikili diplom proqramını xüsusilə vurğulayıb. Eyni zamanda Firudin Qurbanov “EXPO-2025” çərçivəsində ölkəmizin irəli sürdüyü insan kapitalı mövzusuna diqqəti cəlb edib və ölkələri Azərbaycanın namizədliyini dəstəkləməyə çağırıb.

Nazirlərin görüşündə Bolonya çərçivəsində üzv ölkələrin üzərinə götürdüyü öhdəliklərin icra vəziyyətini özündə ehtiva edən hesabat təqdim olunub, üzv ölkələrin əldə etdiyi uğurlar təqdir edilib və mövcud çağırışların həlli istiqamətində zəruri addımların atılmasının əhəmiyyəti vurğulanıb.

Səfər çərçivəsində nümayəndə heyəti Parisdə Heydər Əliyev Fondunun və   Azərbaycanın Fransadakı səfirliyinin təşkil etdiyi Azərbaycan Xalq Cümhuriyyətinin 100 iliyinə həsr olunmuş tədbirdə iştirak edib.

S.Xankişiyeva

Paylaş:
479

Son xəbərlər

“Azərbaycan Hava Yolları” QSC-nin rəhbərliyi və kollektivi şəhidlərin əziz xatirəsini yad edib - FOTO27 / 09 / 2024, 20:54MEDİA-da Anım Gününə həsr olunan tədbir keçirilib, inşası davam etdirilən Zəfər parkı ziyarət edilib27 / 09 / 2024, 17:52Bakıda 5 müntəzəm avtobus marşrutunun hərəkət istiqaməti dəyişdiriləcək27 / 09 / 2024, 17:49Milli Qəhrəman Gültəkin Əskərovanın qızı ilk dəfə onun şəhid olduğu yerdə - VİDEO27 / 09 / 2024, 17:42Nəsimi rayonunun bəzi küçələrində işıq kəsiləcək - SİYAHI27 / 09 / 2024, 17:19DİN qanunsuz odlu silahlarla bağlı vətəndaşlara müraciət edib - VİDEO27 / 09 / 2024, 17:03Nazirlərin oktyabrda qəbul cədvəli açıqlanıb27 / 09 / 2024, 16:31Beynəlxalq Prokurorlar Assosiasiyasının Prezidenti Azərbaycanda işgüzar səfərdədir27 / 09 / 2024, 16:20Azərbaycanın mədəniyyət xadimləri Astanada şəhidlərimizin xatirəsini yad ediblər27 / 09 / 2024, 16:04Metronun “28 May” stansiyasının qarşısındakı 10 şam ağacı köçürüləcək27 / 09 / 2024, 15:58Xətaidəki yanğında bir nəfər tüstüdən zəhərlənib - YENİLƏNİB27 / 09 / 2024, 15:51Yanğına görə məhdudlaşıdırılan yol açıldı27 / 09 / 2024, 15:42Azərbaycan XİN Türkmənistanı Müstəqillik Günü münasibətilə təbrik edib27 / 09 / 2024, 15:242024-cü ilin 9 ayı ərzində şəhid ailəsi üzvlərinə 130 minə yaxın tibbi xidmət göstərilib27 / 09 / 2024, 15:12ETSN mütəxəssisləri yanğın baş vermiş ərazidə monitorinq aparır27 / 09 / 2024, 15:09Xətaidə güclü yanğın məhdudlaşdırıldı - FOTO - YENİLƏNİB27 / 09 / 2024, 15:00Paytaxt məktəblərində Anım Günü ilə bağlı tədbirlər keçirilib27 / 09 / 2024, 14:29Xırdalanda mağazadan 5 noutbuk oğurlandı27 / 09 / 2024, 14:12Britaniya səfiri Anım Günü ilə bağlı paylaşım edib27 / 09 / 2024, 13:09Polis dələduzluq əməlində şübhəli bilinən şəxsləri saxlayıb27 / 09 / 2024, 13:01
Bütün xəbərlər