Vüqar Rəhimzadə: Rüstəm İbrahimbəyov bütün titullarından məhrum olunmalıdır | 1news.az | Xəbərlər
Cəmiyyət

Vüqar Rəhimzadə: Rüstəm İbrahimbəyov bütün titullarından məhrum olunmalıdır

16:43 - 25 / 05 / 2018
Vüqar Rəhimzadə: Rüstəm İbrahimbəyov bütün titullarından məhrum olunmalıdır

Artıq bir neçə gündür ki, Rüstəm İbrahimbəyovun ssenari müəllifi olduğu “Qafqaz üçlüyü” filmi əsas müzakirə mövzusuna çevrilib.

Filmdə azərbaycanlıların vəhşi, qəddar, riyakar, mədəniyyətsiz, milli kökü olmayan obrazda, ermənilərin isə alicənab, sülhsevər, “vəhşi türkün qurbanı” kimi təqdim olunması rəsmi şəxslər, ictimaiyyət nümayəndələri, ziyalılar, Qarabağ müharibəsi veteranları və şəhid ailələri tərəfindən tənqid və hiddətlə qarşılanıb.

Qarabağ Müharibəsi Əlilləri, Veteranları və Şəhid Ailələri İctimai Birliyinin rayon filialının sədri Baxşeyiş Hətəmli AZƏRTAC-ın bölgə müxbirinə müsahibəsində filmin həqiqətləri əks etdirmədiyini və yalan üzərində qurulduğunu bildirib.

“Rüstəm İbrahimbəyov “Qafqaz üçlüyü” filmində Azərbaycan xalqını vəhşi, qəddar, riyakar, mədəniyyətsiz obrazda, erməniləri isə alicənab, sülhsevər kimi təqdim edib. Torpaqlarımızın erməni işğalçılarından müdafiəsində iştirak etmiş keçmiş döyüşçü kimi deyə bilərəm ki, müharibə zamanı Azərbaycan əsgərləri heç vaxt mülki şəxslərə zərər verməyib.

Rüstəm İbrahimbəyovun alicənab adlandırdığı ermənilər isə xalqımıza qarşı tarixin ən qəddar faciələrini törədiblər. Qadın, qoca, uşaq demədən dinc sakinləri vəhşicəsinə qətlə yetirib, işgəncələrə məruz qoyublar. Xocalı, Qaradağlı, Malıbəyli və adını çəkmədiyim bir çox faciələr bunun sübutudur. Rüstəm İbrahimbəyovun mədəni və sülhsevər adlandırdığı ermənilər yüzlərlə şəhər və kəndlərimizi yandırıb, yerlə-yeksan edib, bir milyondan çox sakini öz ata-baba yurdundan didərgin salıblar. Budurmu ermənilərin alicənablığı, sülhsevərliyi?!”

Baxşeyiş Hətəmli qeyd edib ki, “Qafqaz üçlüyü” filmi Rüstəm İbrahimbəyovun azərbaycanlılara dərin nifrətinin və düşmən münasibətinin təzahürüdür, onun ermənipərəst simasını göstərir:

“Mən bir Qarabağ müharibəsi iştirakçısı kimi bütün bunlara görə təəssüflənirəm və hiddətlənirəm. Rüstəm İbrahimbəyov kimi xainlərin, sapı özümüzdən olan baltaların azərbaycanlı adını daşımağa haqqı yoxdur. O, bütün titullarından məhrum olunmalıdır”.

Mətbuat Şurası İdarə Heyətinin üzvü, “İki sahil” qəzetinin baş redaktoru Vüqar Rəhimzadə 1news.az-a açıqlamasında bildirib ki, “Qafqaz üçlüyü” filmində Azərbaycan xalqının vəhşi, qəddar, mədəniyyətsiz, milli kökləri olmayan obrazda, ermənilərin isə sülhsevər kimi təqdim olunması İbrahimbəyov kimi antimilli ünsürlərin hansı qaranlıq mənbələrdən “qidalandığı”nı açıq şəkildə nümayiş etdirir:

“Filmə diqqət yetirdikdə burada tarixi faktların, mövcud reallıqların, baş verən hadisələrin təhrif olunduğunu, qərəzli və yalan məlumatların yer aldığını görürük. Filmin əvvəlində azərbaycanlı uşaqların qorxaq, erməni uşaqların isə mərd, güclü, geniş ürəkli obraz kimi təqdim olunması İbrahimbəyovun ermənilərin əlində alət olduğunu, onların çirkin maraqlarına xidmət etdiyini nümayiş etdirir”.

Bir vaxtlar Əkrəm Əylislinin “Daş yuxular” əsəri ilə xalqımıza xəyanət etdiyini xatırladan baş redaktorun sözlərinə görə, bu kimi ünsürlər hər zaman pul, şöhrət üçün milli maraqları satmağa hazırdırlar:

“Rüstəm İbrahimbəyov da “Qafqaz üçlüyü” filmi ilə öz xislətini ortaya qoydu. Bəlkə də erməni “qardaşları” buna görə onun boynundan medal da asacaqlar. Ancaq Azərbaycan xalqı bu cür namərdləri bir daha qəbul etməyəcək”.

Rüstəm İbrahimbəyov kimi xalqına düşmən kəsilən insana Azərbaycanda yer olmadığını deyən Vüqar Rəhimzadə onun bütün titullarından məhrum edilməli olduğunu vurğulayıb:

“Bu insan erməni kəşfiyyatının ssenarisi əsasında öz çirkin, bəd niyyətlərini reallaşdırır, erməni lobbisinin əlində alət rolunu oynayır. Hər bir Azərbaycan vətəndaşı bu məsələ ilə bağlı öz mövqeyini bildirməlidir. Azərbaycanda bu cür insanlara yer olmamalıdır.

Balayan, Ağambekyan kimi uşaq qatillərinin mövqeyindən çıxış edən, azərbaycanlıların başına bu qədər müsibətlər gətirən erməniləri müsbət obraz kimi qələmə verən bir insan yalnız və yalnız Azərbaycan xalqının düşməni ola bilər. Bu cür insan azərbaycanlı adını daşıya bilməz.

Millətə xəyanət edən, millətinə və dövlətinə böhtan atan, ona qarşı ədalətsiz bir mövqedə olan bir insanın hansısa yüksək titullarının olması qəbuledilməzdir. Xalqa böhtan atan insan necə Xalq yazıçısı adını daşıya bilər? Onun buna ümumiyyətlə, mənəvi haqqı yoxdur. Bu baxımdan hesab edirəm ki, Rüstəm İbrahimbəyova qarşı ciddi tədbirlər görülməli və o, bütün titullarından məhrum edilməlidir”.

1news.az

Paylaş:
569

Son xəbərlər

“Azərbaycan Hava Yolları” QSC-nin rəhbərliyi və kollektivi şəhidlərin əziz xatirəsini yad edib - FOTO27 / 09 / 2024, 20:54MEDİA-da Anım Gününə həsr olunan tədbir keçirilib, inşası davam etdirilən Zəfər parkı ziyarət edilib27 / 09 / 2024, 17:52Bakıda 5 müntəzəm avtobus marşrutunun hərəkət istiqaməti dəyişdiriləcək27 / 09 / 2024, 17:49Milli Qəhrəman Gültəkin Əskərovanın qızı ilk dəfə onun şəhid olduğu yerdə - VİDEO27 / 09 / 2024, 17:42Nəsimi rayonunun bəzi küçələrində işıq kəsiləcək - SİYAHI27 / 09 / 2024, 17:19DİN qanunsuz odlu silahlarla bağlı vətəndaşlara müraciət edib - VİDEO27 / 09 / 2024, 17:03Nazirlərin oktyabrda qəbul cədvəli açıqlanıb27 / 09 / 2024, 16:31Beynəlxalq Prokurorlar Assosiasiyasının Prezidenti Azərbaycanda işgüzar səfərdədir27 / 09 / 2024, 16:20Azərbaycanın mədəniyyət xadimləri Astanada şəhidlərimizin xatirəsini yad ediblər27 / 09 / 2024, 16:04Metronun “28 May” stansiyasının qarşısındakı 10 şam ağacı köçürüləcək27 / 09 / 2024, 15:58Xətaidəki yanğında bir nəfər tüstüdən zəhərlənib - YENİLƏNİB27 / 09 / 2024, 15:51Yanğına görə məhdudlaşıdırılan yol açıldı27 / 09 / 2024, 15:42Azərbaycan XİN Türkmənistanı Müstəqillik Günü münasibətilə təbrik edib27 / 09 / 2024, 15:242024-cü ilin 9 ayı ərzində şəhid ailəsi üzvlərinə 130 minə yaxın tibbi xidmət göstərilib27 / 09 / 2024, 15:12ETSN mütəxəssisləri yanğın baş vermiş ərazidə monitorinq aparır27 / 09 / 2024, 15:09Xətaidə güclü yanğın məhdudlaşdırıldı - FOTO - YENİLƏNİB27 / 09 / 2024, 15:00Paytaxt məktəblərində Anım Günü ilə bağlı tədbirlər keçirilib27 / 09 / 2024, 14:29Xırdalanda mağazadan 5 noutbuk oğurlandı27 / 09 / 2024, 14:12Britaniya səfiri Anım Günü ilə bağlı paylaşım edib27 / 09 / 2024, 13:09Polis dələduzluq əməlində şübhəli bilinən şəxsləri saxlayıb27 / 09 / 2024, 13:01
Bütün xəbərlər