ASAN Radio ADR-in 100 illiyinə həsr edilən layihəni təqdim edir – VİDEO | 1news.az | Xəbərlər
Mədəniyyət

ASAN Radio ADR-in 100 illiyinə həsr edilən layihəni təqdim edir – VİDEO

11:56 - 25 / 05 / 2018
ASAN Radio ADR-in 100 illiyinə həsr edilən layihəni təqdim edir – VİDEO

ASAN Radio müğənni Səbinə Babayeva ilə birgə Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyinə həsr olunmuş yeni layihəni təqdim edir.

1news.az-a ASAN Radio-dan verilən xəbərə görə, layihənin məqsədi dövlətçilik ənənə və dəyərlərinin, atributlarının təbliğidir.

Sözləri Əhməd Cavada, musiqisi Üzeyir Hacıbəyliyə məxsus Azərbaycan Respublikasının Dövlət Himnini müğənni Səbinə Babayeva orijinala yaxın, klassik formada yenidən ifa edib. Aranjeman Samir Şirinova məxsusdur. ASAN Radio Azərbaycan Dövlət Himnini müğənni Səbinə Babayevanın ifasında dinləyicilərin ixtiyarına verir. 

Müğənni ifası ilə bağlı bunları deyib: “Mən həmişə himnimizi oxumaq istəmişəm. Birincisi ona görə ki, hər birimiz üçün himn əziz və müqəddəsdir. İkincisi, əmin  idim ki, himni yüksək səviyyədə ifa edə bilərəm. Dövlət himnimizin həm musiqisi, həm də sözləri mükəmməldir. Dahi Üzeyir Hacıbəylinin bəstələdiyi əsərin ab-havası möhtəşəmdir, çox güclüdür. Himni oxuyanda bunu çox yaxşı hiss etdim. Ümid edirəm ki, layihəmiz dinləyicilər tərəfindən qiymətləndiriləcək və seviləcək.”

Qeyd edək ki, Azərbaycanda ilk dəfə keçirilən “Avroviziya 2012” mahnı müsabiqəsində ölkəmizi təmsil edən Səbinə Babayeva  2015-ci il Avropa Oyunlarının rəsmi bağlanış mərasimində Azərbaycan Respublikasının Dövlət Himnini ifa edib. Həmin vaxt Səbinə Babayevanın Fərid Məmmədovla birgə səsləndirdiyi  himn Almaniya Filarmoniyasında hazırlanmışdı.

Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyinə töhfə olaraq, ASAN Radio Səbinə Babayevanın ifasında Dövlət Himnini təqdim edir və informasiya dəstəyi verir.

S.Xankişiyeva

                 

 

Paylaş:
778

Son xəbərlər

ADY: Bakı-Ağstafa-Bakı marşrutu üzrə əlavə qatar reysləri təyin edilibBu gün, 09:40Payız fəsli Azərbaycana sentyabrın 22-si daxil olacaqBu gün, 09:39Cəlilabadda narkokuryer saxlanılıbBu gün, 09:34Payız-qış mövsümü ilə əlaqədar qrip əleyhinə vaksinasiyaya başlanılıbBu gün, 09:30Hikmət Hacıyev diplomatların Kəlbəcər səfəri ilə bağlı paylaşım edibBu gün, 09:26Azərbaycanda akkreditə olunmuş diplomatik korpusun üzvlərinin Kəlbəcərə səfəri başlayacaqBu gün, 09:14AMB valyuta məzənnələrini açıqladıBu gün, 09:10Bakının bir sıra yollarında tıxac müşahidə edilirBu gün, 09:04​​​​​​​Azərbaycan-İraq biznes forumu keçirilib - FOTO17 / 09 / 2024, 18:57Ali Məhkəmədən hüquqşünaslara MÜRACİƏT17 / 09 / 2024, 17:53Norveçdə ilk dəfə elektrikli avtomobillərin sayı benzinlə işləyən avtomobilləri keçdi17 / 09 / 2024, 17:25Mikayıl Cabbarov İraqın ticarət naziri ilə görüş keçirdi - FOTO17 / 09 / 2024, 17:23Heydər Əliyev Fondu Qaradağda körpələr evi-uşaq bağçasını bərpa edib17 / 09 / 2024, 17:20Dənizkənarı Bulvar İdarəsinin sabiq vəzifəli şəxsi barəsində cinayət işi başlanıb17 / 09 / 2024, 17:06Xüsusi təyinatlı təhsil müəssisələrində andiçmə mərasimləri keçirilib - VİDEO17 / 09 / 2024, 16:58Prezident Salyan və Hacıqabula icra başçısı təyin etdi17 / 09 / 2024, 16:30Sevindik Hətəmov Salyan Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad edilib17 / 09 / 2024, 16:23Prezident Hacıqabulun icra başçısını vəzifəsindən azad etdi17 / 09 / 2024, 16:21Qeyri-sabit hava şəraiti nə vaxtadək davam edəcək?17 / 09 / 2024, 16:09Birbank Star kartı ilə faizsiz və komissiyasız yeni dövr başlayır17 / 09 / 2024, 16:03
Bütün xəbərlər