Bakının bir neçə ərazisində nəqliyyatın hərəkəti məhdudlaşdırılır | 1news.az | Xəbərlər
Cəmiyyət

Bakının bir neçə ərazisində nəqliyyatın hərəkəti məhdudlaşdırılır

12:54 - 25 / 05 / 2018
Bakının bir neçə ərazisində nəqliyyatın hərəkəti məhdudlaşdırılır

Bakı şəhərində avtonəqliyyat vasitələrinin təhlükəsiz hərəkətinin tənzimlənməsi məqsədi ilə bu gün saat 11:00-dan axşam saatlarınadək Binəqədi rayonu Biləcəri dairəsində, axşam saat 22:00-dan səhər saatlarınadək isə Səbail rayonu, Neftçilər prospektinin Əziz Əliyev və Rixard Zorge küçələri arasında yerləşən hissəsində və Rixard Zorge küçəsinin özündə üfiqi nişanlanma xətlərinin yenidən rənglənməsi və yenilərinin çəkilişi işləri aparılacaq.

1news.az-ın Azərbaycan Avtomobil Yoları Dövlət Agentliyinə istinadən verdiyi xəbərə görə, bu məqsədlə sözügedən küçələr boyu qeyd olunan müddət ərzində avtonəqliyyat vasitələrinin hərəkəti iş aparılan zolaqlar üzrə hissə-hissə qismən məhdudlaşdırılacaq.

Sürücülərdən sözügedən küçələrlə hərəkətdə olarkən diqqətli olmaları, müvəqqəti yol nişanlarına və yol hərəkəti qaydalarına əməl etmələri xahiş olunur.

1news.az

Paylaş:
296

Son xəbərlər

Sabahın hava proqnozu

12 / 05 / 2025, 12:52
Bütün xəbərlər