Türkiyədən gələn şəxsin cibində xeyli miqdarda zərgərlik məmulatı aşkar edildi | 1news.az | Xəbərlər
Cəmiyyət

Türkiyədən gələn şəxsin cibində xeyli miqdarda zərgərlik məmulatı aşkar edildi

17:51 - 29 / 05 / 2018
Türkiyədən gələn şəxsin cibində xeyli miqdarda zərgərlik məmulatı aşkar edildi

Balakən Gömrük İdarəsinin Gömrük hüquqpozmalarına qarşı mübarizə şöbəsinə daxil olan məlumat əsasında, Türkiyədən yük gətirən Azərbaycan vətəndaşının idarə etdiyi “Mercedes-Benz Actros” markalı nəqliyyat vasitəsi saxlanılıb və sürücünün üzərində şəxsi yoxlama aparılıb.

1news.az-ın Dövlət Gömrük Komitəsinə istinadən verdiyi xəbərə görə, yoxlama zamanı vətəndaşın gödəkçəsinin ciblərində əvvəlcədən gömrük nəzarətinə bəyan olunmayan külli miqdarda zərgərlik məmulatı - 64 cüt sırğa, 55 ədəd bilərzik, 8 ədəd üzük, 34 ədəd sancaq, 2 ədəd sırğa, kulon və üzük dəsti, 62 ədəd kulon və 130 ədəd boyunbağı aşkar olunub.

Faktla bağlı araşdırma aparılır.

1news.az

Paylaş:
335

Son xəbərlər

Bütün xəbərlər