Lisey kollektivi Misir Mədəniyyət və Təhsil Əlaqələri Mərkəzi ilə tanış olub | 1news.az | Xəbərlər
Cəmiyyət

Lisey kollektivi Misir Mədəniyyət və Təhsil Əlaqələri Mərkəzi ilə tanış olub

16:25 - 30 / 05 / 2018
Lisey kollektivi Misir Mədəniyyət və Təhsil Əlaqələri Mərkəzi ilə tanış olub

Abşeron Binə Peşə Liseyinin müəllim və tələbə heyəti ilə Misir Ərəb Respublikasının Mədəniyyət və Təhsil Əlaqələri Mərkəzində görüş keçirilib.

1news.az xəbər verir ki, Mərkəzinin rəhbəri Əhməd Sami Elaydi qonaqlara rəhbəri olduğu qurumun fəaliyyəti, yaranma tarixi, həyata keçirdiyi işlər barədə məlumat verib.

O bildirib ki, Mərkəzin əsas fəaliyyət istiqamətlərindən biri təhsil sahəsində əməkdaşlıqdan ibarətdir. Bu səbəbdən mütəmadi olaraq Azərbaycanın müxtəlif təhsil müəssisələri ilə əlaqələrin genişlənməsi, tələbələrin əyani olaraq Misir mədəniyyəti və tarixi ilə tanış olmaq üçün görüşlər təşkil olunur.

Sonra Abşeron Binə Peşə Liseyinin müəllimləri Nurlan Əhmədov və Tamam Rəhimova tərəfindən Liseydə müxtəlif ixtisaslar üzrə kadr hazırlığı barədə geniş məlumat verildi.

Görüş zamanı Misir Mədəniyyət və Təhsil Əlaqələri Mərkəzi ilə Abşeron Binə Peşə Liseyi ilə müştərək tədbirlərin keçirilməsi müzakirə olundu.

Mərkəzlə tanışlıqdan sonra Misirin mədəniyyətini, tarixini, turizm potensialını əks etdirən video çarx nümayiş etdirildi və mərkəz rəhbəri tərəfindən tələbələri maraqlandıran suallara cavab verildi.

P.Sultanova

Paylaş:
627

Son xəbərlər

Bütün xəbərlər