İtkin düşən müəllimin meyiti sellofan torbada tapılıb | 1news.az | Xəbərlər
Cəmiyyət

İtkin düşən müəllimin meyiti sellofan torbada tapılıb

11:10 - 30 / 05 / 2018
İtkin düşən müəllimin meyiti sellofan torbada tapılıb

Şirvan şəhərində itkin düşən müəllimin meyiti tapılıb.

1news.az-ın Report-a istinadla verdiyi xəbərə görə, meyit Şamaxı rayonunun Göylər kəndi ərazisində aşkar edilib.

Belə ki, qadın öldürüldükdən sonra onun meyiti sellofan torbaya qoyulub.

Həmin torba Çöl Göylər - Dağ Göylər avtomobil yolunda dərəyə atılıb.

İlkin məlumata görə, meyit mayın 24-də itkin düşən qadın müəllim, Şirvan şəhər sakini, 1956-cı il təvəllüdlü Sarayxanım Abdullayevaya məxsusdur.

S.Xankişiyeva

Paylaş:
390

Son xəbərlər

Azərbaycan nefti ucuzlaşıb

28 / 06 / 2025, 11:44
Bütün xəbərlər