Türk Dünyası Parlamentləri Birliyi AXC-nin 100 illik yubileyini qeyd edib | 1news.az | Xəbərlər
Cəmiyyət

Türk Dünyası Parlamentləri Birliyi AXC-nin 100 illik yubileyini qeyd edib

12:21 - 30 / 05 / 2018
Türk Dünyası Parlamentləri Birliyi AXC-nin 100 illik yubileyini qeyd edib

Türk Dünyası Parlamentləri Birliyi Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyi münasibətilə millət vəkili Nail Çələbinin rəhbərlik etdiyi nümayəndə heyəti Məmməd Əmin Rəsulzadənin Ankara Cebecidə yerləşən qəbrini ziyarət edib.

1news.az xəbər verir ki, AXC-nin qurucusu Rəsulzadənin məzarı üzərinə əklil qoyan heyət, onu rəhmət və minnətdarlıqla xatırlayıb.

Birlik Sədri Nail Çələbi 1918-ci ildə qurulan Azərbaycan Xalq Cümhuriyyətinin bugünkü Türkiyə Cümhuriyyətinin ilham mənbəyi olduğunu deyib. Rəsulzadənin Böyük bir lider olduğunu vurğulayan Nail Çələbi "23 ay ərzində demokratik və çoxpartiyalı respublikanın ən gözəl nümunəsini verdi. Latın əlifbasını gətirdi", deyə vurğulayıb.

O, Azərbaycan Xalq Cümhuriyyətinin ən mühüm xüsusiyyətini isə belə xarakterizə edib: "Dövlətin milli mənsubiyyəti Türk, dili də Türk dili idi".

Bu xüsusiyyətləri ilə bugünkü müasir Türkiyənin ilham qaynağını təşkil etdiyini söyləyən Nail Çələbi böyük öndər Məmməd Əmin Rəsulzadəni rəhmət və minnətdarlıqla xatırladıqlarını  dilə gətirib.

O, “100 illərə, can Azərbaycan!”, “ Ruhun şad, məkanın cənnət olsun, böyük lider!” - sözləri ilə çıxışını tamamlayıb.

Ziyarətçilər arasında səfir Hulusi Kılıç, Vandan olan  millət vəkili Ayhan Çevik,  TRT müxbiri, TRT Avaz Telekanal Kordinatoru Yüksel Değercan, TRT müxbiri Cahit Maaç, keçmiş millət vəkili Feramüz Üstün, Türk Dünyası Parlamentlər Birliyi Media və Xalqla əlaqələr kordinatoru və Avropa Jurnalistlər Birliyi İdarə heyətinin sədri Adnan Fişenk, EkoAvrasya sədri  Hikmet Eren, EkoAvrasya sədr müavini Kemal Kurnaz, Milli Düşüncələr Mərkəzi Dərnək kordinatoru Süleyman Karahan, əməkli bələdiyyə sədri Ramazan Bekleviç, araşdırmaçı, yazar Güner Dinçaslan və başqaları iştirak ediblər.

Səfir Hulusi Kılıç- ''Bir kərə yüksələn bayraq bir daha enməz!” şüarının bütün Türk millətlərinin şüarı olduğunu qeyd edib.

Hulusi Kılıç, Türkiyə Cümhuriyyətinin ilham mənbəyinin də Azərbaycan Xalq Cümhuriyyəti olduğunu bildirərək, Azərbaycanı və bütün Türk dünyasını təbrik edib: “Böyük Lider Rəsulzadəni rəhmət və minnətdarlıqla anıram”.

P.Sultanova

Paylaş:
329

Son xəbərlər

Bütün xəbərlər