Musiqili Teatrda həftəsonu maraqlı tamaşaların nümayişi gözlənilir | 1news.az | Xəbərlər
Cəmiyyət

Musiqili Teatrda həftəsonu maraqlı tamaşaların nümayişi gözlənilir

18:12 - 31 / 05 / 2018
Musiqili Teatrda həftəsonu maraqlı tamaşaların nümayişi gözlənilir

Azərbaycan Dövlət Musiqili Teatrında həftəsonu maraqlı tamaşaların nümayişi gözlənilir.

Qurumun mətbuat xidmətindən 1news.az-a bildirilib ki, Musiqili Teatr 1iyun saat 19:00-da rus dilində “Qafqazlı qardaşqızı” (R.Hacıyev), 2 iyin saat 19:00-da “Amerikalı kürəkən” (R.Mirişli, M.Haqverdiyev) və 3 iyun saat 19:00-da “Arşın mal alan” (Ü.Hacıbəyli) tamaşalarını isə ana dilimizdə təqdim edəcək.

Həftəsonu nümayiş olunacaq tamaşalarda sevimli aktyorlar –xalq artistləri İlham Namiq Kamal, Fatma Mahmudova, əməkdar artistlər Nahidə Orucova, Almaz Ələsgərli, Novruz Qartal, Əkbər Əlizadə, Səidə Şərifəliyeva, Boris Qrafkin, Svetlana Bulax, aktyorlar, Ülviyyə Əliyeva, Gülnarə Əzizova, Yuliya Heydərova, Səmədzadə Xasıyev, Rauf Babayev, Nicat Əli, Emil Heydərov, Aydan Həsənova, Mehriban Zalıyeva, Gültac Əlili, Ağaxan Şərifov, Elçin İmanov, Firuz Məmmədov,  Ruslan Mürsəlov, Nigar Qarayeva, Eleanora  Mehdiyeva və başqaları iştirak edirlər.

Azərbaycan Dövlət Musiqili Teatrı iyun ayının ilk həftəsini təbəssümlə, gülüşlə yekunlaşdırmaq istəyən hər kəsi bir-birindən maraqlı tamaşalara baxmağa dəvət edir. Teatrsevərlər 6 manatdan başlanan biletləri şəhərin bütün teatr-konsert kassalarından və “ASAN Xidmət” mərkəzlərindən əldə edə bilərlər.

1news.az

Paylaş:
404

Son xəbərlər

“Azərbaycan Hava Yolları” QSC-nin rəhbərliyi və kollektivi şəhidlərin əziz xatirəsini yad edib - FOTO27 / 09 / 2024, 20:54MEDİA-da Anım Gününə həsr olunan tədbir keçirilib, inşası davam etdirilən Zəfər parkı ziyarət edilib27 / 09 / 2024, 17:52Bakıda 5 müntəzəm avtobus marşrutunun hərəkət istiqaməti dəyişdiriləcək27 / 09 / 2024, 17:49Milli Qəhrəman Gültəkin Əskərovanın qızı ilk dəfə onun şəhid olduğu yerdə - VİDEO27 / 09 / 2024, 17:42Nəsimi rayonunun bəzi küçələrində işıq kəsiləcək - SİYAHI27 / 09 / 2024, 17:19DİN qanunsuz odlu silahlarla bağlı vətəndaşlara müraciət edib - VİDEO27 / 09 / 2024, 17:03Nazirlərin oktyabrda qəbul cədvəli açıqlanıb27 / 09 / 2024, 16:31Beynəlxalq Prokurorlar Assosiasiyasının Prezidenti Azərbaycanda işgüzar səfərdədir27 / 09 / 2024, 16:20Azərbaycanın mədəniyyət xadimləri Astanada şəhidlərimizin xatirəsini yad ediblər27 / 09 / 2024, 16:04Metronun “28 May” stansiyasının qarşısındakı 10 şam ağacı köçürüləcək27 / 09 / 2024, 15:58Xətaidəki yanğında bir nəfər tüstüdən zəhərlənib - YENİLƏNİB27 / 09 / 2024, 15:51Yanğına görə məhdudlaşıdırılan yol açıldı27 / 09 / 2024, 15:42Azərbaycan XİN Türkmənistanı Müstəqillik Günü münasibətilə təbrik edib27 / 09 / 2024, 15:242024-cü ilin 9 ayı ərzində şəhid ailəsi üzvlərinə 130 minə yaxın tibbi xidmət göstərilib27 / 09 / 2024, 15:12ETSN mütəxəssisləri yanğın baş vermiş ərazidə monitorinq aparır27 / 09 / 2024, 15:09Xətaidə güclü yanğın məhdudlaşdırıldı - FOTO - YENİLƏNİB27 / 09 / 2024, 15:00Paytaxt məktəblərində Anım Günü ilə bağlı tədbirlər keçirilib27 / 09 / 2024, 14:29Xırdalanda mağazadan 5 noutbuk oğurlandı27 / 09 / 2024, 14:12Britaniya səfiri Anım Günü ilə bağlı paylaşım edib27 / 09 / 2024, 13:09Polis dələduzluq əməlində şübhəli bilinən şəxsləri saxlayıb27 / 09 / 2024, 13:01
Bütün xəbərlər