Sosial Müdafiə Fondunun binasında yanğın - FOTO – VİDEO - YENİLƏNİB | 1news.az | Xəbərlər
Cəmiyyət

Sosial Müdafiə Fondunun binasında yanğın - FOTO – VİDEO - YENİLƏNİB

15:08 - 01 / 06 / 2018
Sosial Müdafiə Fondunun binasında yanğın - FOTO – VİDEO - YENİLƏNİB

Fövqəladə Hallar Nazirliyi Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun binasında baş verən yanğınla bağlı məlumat yayıb.

1news.az-a iyun ayının 1-i saat 14:30-dək, ilkin məlumata əsasən Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə Bakı şəhəri, Yasamal rayonu, H.Zərdabi küçəsi 80 ünvanında Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun binasında yanğın olması barədə məlumat daxil olub.

Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin müvafiq xilasetmə qüvvələri hadisə yerinə cəlb olunub. Saat 14:07-də yanğın söndürülüb. İlkin məlumata görə, binanın 7-ci mərtəbəsindəki iş otağının yanar konstruksiyaları 12 kv.m sahədə yanıb.

14:23

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun binasında yanğın olub.

1news.az-ın APA-ya istinadla verdiyi xəbərə görə, hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin yanğınsöndürənləri cəlb edilib.

Həyata keçirilən tədbirlər nəticəsində yanğının qarşısı alınıb.

S.Xankişiyeva

Paylaş:
803

Son xəbərlər

Bütün xəbərlər