McDonald’s Azərbaycan, CinemaPlus və MFL birlikdə xeyriyyə aksiyası keçiriblər – FOTO

Mayın 25-də “Uşaqların Sağlam Gələcəyi” İctimai Birliyinin fiziki məhdudiyyətli uşaqları xüsusi avtobuslar vasitəsilə CinemaPlus kinoteatrına aparıblar. Orada onlar 3D formatında cizgi filmini böyük maraqla izləyiblər. Bundan sonra uşaqlar McDonald’s restoranının qonaqları olublar.
Seyr etdikləri filmdən və sevdikləri yeməkdən çox böyük həzz alan uşaqları az sonra daha bir əyləncəli məşğuliyyət gözləyirdi: “MFL Arena”ya ekskursiya və futbol oyunu. Burada kiçik idman həvəskarları stadionla tanış olub, MFL oyunçuları ilə görüşüb və futbol oynayıblar.
McDonald’s şirkətinin fəlsəfəsi çərçivəsində öz müştəriləri ilə birlikdə dünya üzrə öncül məqsədlərindən biri uşaqlara dəstək amilini vurğulamaqdır. McDonald’s korporasiyasının tarixi uşaq xeyriyyəçiliyi və fiziki imkanları məhdud uşaqlara qayğı ilə sıx bağlıdır. Şirkət bunu müxtəlif vasitələrlə: həm birbaşa iştirakı, həm də dövlət və qeyri-hökumət təşkilatları ilə təhsil, idman layihələri, ictimai tədbirlər və müxtəlif xeyriyyəçilik aksiyaları ilə həyata keçirir.
McDonald’s Azərbaycan, CinemaPlus kinoteatrlar şəbəkəsi və MFL bütün uşaqları Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibəti ilə təbrik edir, onların həmişə sağlam olmasını arzu edirlər.
Reklam hüququnda