XƏBƏRDARLIQ: Şimşək çaxacaq, yağış yağacaq, dolu düşəcək | 1news.az | Xəbərlər
Cəmiyyət

XƏBƏRDARLIQ: Şimşək çaxacaq, yağış yağacaq, dolu düşəcək

15:30 - 02 / 06 / 2018
XƏBƏRDARLIQ: Şimşək çaxacaq, yağış yağacaq, dolu düşəcək

Sinoptiklər ölkə ərazisində gözlənilən yağıntılı hava şəraiti ilə bağlı xəbərdarlıq ediblər.

1news.az-a Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən verilən məlumata görə, iyunun 4-5-də bəzi şimal və qərb rayonlarında şimşək çaxacağı, arabir yağış yağacağı gözlənilir.

Yağıntının ayrı-ayrı yerlərdə leysan xarakterli olacağı, dolu düşəcəyi ehtimalı var. Şərq küləyi əsəcək, ayrı-ayrı yerlərdə arabir güclənəcək.

S.Xankişiyeva

 

Paylaş:
573

Son xəbərlər

Azərbaycan nefti ucuzlaşıb

28 / 06 / 2025, 11:44
Bütün xəbərlər