Bu gecə ilk Qədr gecəsidir | 1news.az | Xəbərlər
Cəmiyyət

Bu gecə ilk Qədr gecəsidir

15:26 - 03 / 06 / 2018
Bu gecə ilk Qədr gecəsidir

Bu gün Azərbaycanda Ramazan ayının ilk Qədr gecəsi (əhya) qeyd olunacaq.

1news.az-a Qafqaz Müsəlmanları İdarəsindən bildirilib ki, ilk Qədr gecəsi Ramazan ayının 18-ci gününə, yəni iyunun 3-dən 4-nə keçən gecəyə təsadüf edir.

Ramazan ayının ikinci Qədr gecəsi iyunun 5-dən 6-na, üçüncüsü 7-dən 8-nə keçən gecən qeyd olunacaq.

Ramazan ayının sonuncu Qədr gecəsi Ramazan ayının 26-cı günü, yəni iyunun 11-dən 12-nə keçən gecəyə təsadüf edəcək.

Qeyd edək ki, Qədr gecəsi Allahın kitabı “Quran”ın nazil olduğu gecədir. “Qurani-Kərim” İslam peyğəmbərinə 23 il ərzində hissə-hissə və Qədr gecəsində bütövlükdə nazil olub.

S.Xankişiyeva

 

Paylaş:
521

Son xəbərlər

Azərbaycan nefti ucuzlaşıb

28 / 06 / 2025, 11:44
Bütün xəbərlər