Göyçayın 38 kəndinin rayon mərkəzi ilə əlaqəsi kəsilib | 1news.az | Xəbərlər
Cəmiyyət

Göyçayın 38 kəndinin rayon mərkəzi ilə əlaqəsi kəsilib

16:11 - 03 / 06 / 2018
Göyçayın 38 kəndinin rayon mərkəzi ilə əlaqəsi kəsilib

Göyçay çayına gələn güclü sel avtomobil və piyada körpüsünü dağıtmaqla yanaşı, təsərrüfatın ayrı-ayrı sahələrinə ciddi ziyan vurub.

1news.az-ın APA-ya istinadla verdiyi xəbərə görə, Göyçay rayon icra hakimiyyəti başçısının birinci müavini, rayon fövqəladə hallar komissiyasının sədri İkram Vəliyev bildirib ki, təbii fəlakət zamanı Göyçay çayının yatağı 10 metr dərinləşib, eni isə 30 metr genişlənib.

Sel suları çayın kənarındakı torpaq qatını yuyaraq elektrik və rabitə dirəklərini aşırıb, naqilləri qırıb, internet kabelini kəsib, çayın üzərindən keçən təbii qaz və içməli su kəmərini dağıdaraq yararsız hala salıb.

Komissiya sədri bildirib ki, təbii fəlakət zamanı Göyçay şəhərinin bir hissəsinə və kəndlərə qaz verilişi dayanıb, fiberoptik kabel xətti, beynəlxalq telefon xətti qırılıb, 8 kəndin rabitə əlaqəsi kəsilib:

“Gecədən səhərədək ərazidə “Aztelekom” İB-nin 4 briqadası çalışaraq rabitə və internet sistemində olan problemləri aradan qaldırıblar. Hazırda qaz xəttinin bərpası üçün işlər görülür. Sel suları uzunluğu 76 metr, eni 11.5 metr olan avtomobil körpüsünü dağıtmaqla Bakı-Şamaxı-Yevlax avtomobil yolunda nəqliyyatın hərəkətinin tamamilə dayanmasına səbəb olub. Həmçinin, Göyçay çayın sol sahilində yerləşən şəhərin böyük bir hissəsində, eləcə də 38 kənddə yaşayan insanların rayon mərkəzi ilə əlaqəsi kəsilib”.

S.Xankişiyeva

Paylaş:
351

Son xəbərlər

“Azərbaycan Hava Yolları” QSC-nin rəhbərliyi və kollektivi şəhidlərin əziz xatirəsini yad edib - FOTO27 / 09 / 2024, 20:54MEDİA-da Anım Gününə həsr olunan tədbir keçirilib, inşası davam etdirilən Zəfər parkı ziyarət edilib27 / 09 / 2024, 17:52Bakıda 5 müntəzəm avtobus marşrutunun hərəkət istiqaməti dəyişdiriləcək27 / 09 / 2024, 17:49Milli Qəhrəman Gültəkin Əskərovanın qızı ilk dəfə onun şəhid olduğu yerdə - VİDEO27 / 09 / 2024, 17:42Nəsimi rayonunun bəzi küçələrində işıq kəsiləcək - SİYAHI27 / 09 / 2024, 17:19DİN qanunsuz odlu silahlarla bağlı vətəndaşlara müraciət edib - VİDEO27 / 09 / 2024, 17:03Nazirlərin oktyabrda qəbul cədvəli açıqlanıb27 / 09 / 2024, 16:31Beynəlxalq Prokurorlar Assosiasiyasının Prezidenti Azərbaycanda işgüzar səfərdədir27 / 09 / 2024, 16:20Azərbaycanın mədəniyyət xadimləri Astanada şəhidlərimizin xatirəsini yad ediblər27 / 09 / 2024, 16:04Metronun “28 May” stansiyasının qarşısındakı 10 şam ağacı köçürüləcək27 / 09 / 2024, 15:58Xətaidəki yanğında bir nəfər tüstüdən zəhərlənib - YENİLƏNİB27 / 09 / 2024, 15:51Yanğına görə məhdudlaşıdırılan yol açıldı27 / 09 / 2024, 15:42Azərbaycan XİN Türkmənistanı Müstəqillik Günü münasibətilə təbrik edib27 / 09 / 2024, 15:242024-cü ilin 9 ayı ərzində şəhid ailəsi üzvlərinə 130 minə yaxın tibbi xidmət göstərilib27 / 09 / 2024, 15:12ETSN mütəxəssisləri yanğın baş vermiş ərazidə monitorinq aparır27 / 09 / 2024, 15:09Xətaidə güclü yanğın məhdudlaşdırıldı - FOTO - YENİLƏNİB27 / 09 / 2024, 15:00Paytaxt məktəblərində Anım Günü ilə bağlı tədbirlər keçirilib27 / 09 / 2024, 14:29Xırdalanda mağazadan 5 noutbuk oğurlandı27 / 09 / 2024, 14:12Britaniya səfiri Anım Günü ilə bağlı paylaşım edib27 / 09 / 2024, 13:09Polis dələduzluq əməlində şübhəli bilinən şəxsləri saxlayıb27 / 09 / 2024, 13:01
Bütün xəbərlər