9 min müəllimin maaşı artırılacaq | 1news.az | Xəbərlər
Cəmiyyət

9 min müəllimin maaşı artırılacaq

14:09 - 04 / 06 / 2018
9 min müəllimin maaşı artırılacaq

“26 may - 2 iyun tarixlərində keçirilmiş müəllimlərin bilik və bacarıqlarının diaqnostik qiymətləndirilməsi tam başa çatıb. Diaqnostik qiymətləndirmədə 17 minə yaxın müəllim iştirak edib”.

1news.az-ın APA-ya istinadən verdiyi xəbərə görə, bunu Təhsil Nazirliyinin İnsan resursları şöbəsinin müdir əvəzi Eşqi Bağırov deyib.

O bildirib ki, hazırda müəllimlərin nəticələri təhlil olunur: “Diaqnostik qiymətləndirmədə iştirak edən 17 min müəllimin arasında böyük əksəriyyət təkrar qiymətləndirməyə qatılıb. Onların nəticələrində artım müşahidə olunur. Geniş təhlillər hazır olduqdan sonra ictimaiyyətə əlavə məlumat veriləcək”.  

E. Bağırov qeyd edib ki, qiymətləndirməyə qatılan 17 min müəllimin arasında yalnız 9 min nəfər müəllim əvvəlki illərdə müxtəlif səbəblərə görə diaqnostik qiymətləndirmədə iştirak edə bilməyib: “Qiymətləndirmədə təkrar iştirak edən müəllimlərin əvvəlki illərdə əmək haqları artırılıb. 9 minə yaxın müəllimin, hansı ki, onlar ilk dəfə qiymətləndirmədə iştirak ediblər, onların yeni tədris ilinin əvvəlindən maaşları artımla ödəniləcək”.

Nazirlik rəsmisi müəllimlərin yerdəyişməsinə çıxarılan vakant yerlərin sayını da açıqlayıb. Qeyd edib ki, bu gündən iyunun 11-dək kimi müddətsiz əmək müqaviləsi ilə çalışan müəllimlərin iş yerinin dəyişdirilməsi prosesinə başlanılıb. Yerdəyişmə müsabiqəsinə 6000-dək vakant yer çıxarılıb. Bu, bütün ixtisasları əhatə edir.

E.Bağırovun sözlərinə görə, müəllimlərin yerdəyişməsində yalnız daimi əsaslarla ümumtəhsil müəssisələrində çalışan müəllimlər iştirak edə biləcək: “Onlar yerdəyişməyə əvvəlki illərdə iştirak etdikləri diaqnostik qiymətləndirmə və yaxud işə qəbul üzrə müsabiqənin nəticələri ilə qatıla bilirlər. Həmin nəticələr tərəfimizdən əsas götürüləcək və namizədlər arasında ən yüksək balı toplayan namizəd vakant yerlərə yerləşdiriləcək. Ən yüksək bal kimdə olacaqsa, vakant yerə o namizəd yerləşdiriləcək”.

1news.az

Paylaş:
437

Son xəbərlər

Azərbaycan Respublikası Gənclər Təşkilatları Milli Şurası 27 Sentyabr - Anım Günü ilə bağlı silsilə tədbirlər keçiribBu gün, 11:03Saray qəsəbəsində hərbi sursatlar aşkar edilib - FOTO - VİDEOBu gün, 10:57Agro Dairy şirkətinin sponsorluğu ilə “Dəyişən İqlimdə Davamlı Qida Təhlükəsizliyi” Mövzusunda IAOM Avrasiya Konfransı və Sərgisi baş tutdu - FOTOBu gün, 10:52Kamaləddin Qafarov: “Ölkənin xarici borcunun azalması iqtisadiyyatın dinamik inkişafının göstəricisidir”Bu gün, 10:43Havanın temperaturu iqlim normasından yuxarı olub - FAKTİKİ HAVABu gün, 10:26Ziya Bünyadov prospektində hərəkətə qoyulan məhdudiyyət aradan qaldırılıbBu gün, 10:14“Azərbaycan Hava Yolları” QSC-nin rəhbərliyi və kollektivi şəhidlərin əziz xatirəsini yad edib - FOTO27 / 09 / 2024, 20:54MEDİA-da Anım Gününə həsr olunan tədbir keçirilib, inşası davam etdirilən Zəfər parkı ziyarət edilib27 / 09 / 2024, 17:52Bakıda 5 müntəzəm avtobus marşrutunun hərəkət istiqaməti dəyişdiriləcək27 / 09 / 2024, 17:49Milli Qəhrəman Gültəkin Əskərovanın qızı ilk dəfə onun şəhid olduğu yerdə - VİDEO27 / 09 / 2024, 17:42Nəsimi rayonunun bəzi küçələrində işıq kəsiləcək - SİYAHI27 / 09 / 2024, 17:19DİN qanunsuz odlu silahlarla bağlı vətəndaşlara müraciət edib - VİDEO27 / 09 / 2024, 17:03Nazirlərin oktyabrda qəbul cədvəli açıqlanıb27 / 09 / 2024, 16:31Beynəlxalq Prokurorlar Assosiasiyasının Prezidenti Azərbaycanda işgüzar səfərdədir27 / 09 / 2024, 16:20Azərbaycanın mədəniyyət xadimləri Astanada şəhidlərimizin xatirəsini yad ediblər27 / 09 / 2024, 16:04Metronun “28 May” stansiyasının qarşısındakı 10 şam ağacı köçürüləcək27 / 09 / 2024, 15:58Xətaidəki yanğında bir nəfər tüstüdən zəhərlənib - YENİLƏNİB27 / 09 / 2024, 15:51Yanğına görə məhdudlaşıdırılan yol açıldı27 / 09 / 2024, 15:42Azərbaycan XİN Türkmənistanı Müstəqillik Günü münasibətilə təbrik edib27 / 09 / 2024, 15:242024-cü ilin 9 ayı ərzində şəhid ailəsi üzvlərinə 130 minə yaxın tibbi xidmət göstərilib27 / 09 / 2024, 15:12
Bütün xəbərlər