Rezidenturaya qəbulun II mərhələsində iştirak etmək üçün qeydiyyat başlanır | 1news.az | Xəbərlər
Cəmiyyət

Rezidenturaya qəbulun II mərhələsində iştirak etmək üçün qeydiyyat başlanır

14:57 - 04 / 06 / 2018
Rezidenturaya qəbulun II mərhələsində iştirak etmək üçün qeydiyyat başlanır

Rezidenturaya qəbulun II mərhələsində iştirak etmək üçün qeydiyyat başlanır.

Dövlət İmtahan Mərkəzindən 1news.az-a bildiriblər ki, rezidenturaya qəbul olmaq üçün baza fənləri üzrə biliklərin qiymətləndirilməsi imtahanında (I mərhələ) müsabiqə şərtini ödəmiş (40 və daha çox bal toplamış) namizədlər ixtisas fənləri üzrə biliklərin qiymətləndirilməsi imtahanında (II mərhələ) iştirak etmək üçün tələb olunan məbləği “Şəxsi kabinet”lərinin hesabına əlavə edib iyunun 4-dən 11-dək qeydiyyatdan keçməlidirlər.

Qeydiyyatdan keçməyən namizədlər ixtisas fənləri üzrə biliklərin qiymətləndirilməsi imtahanına buraxılmayacaqlar.

İxtisas üzrə biliklərin qiymətləndirilməsi imtahanı iyulun 8-də keçiriləcək.

1news.az

Paylaş:
322

Son xəbərlər

Azərbaycan nefti ucuzlaşıb

28 / 06 / 2025, 11:44
Bütün xəbərlər