9 evdən oğurluq edən şəxslər ələ keçdi | 1news.az | Xəbərlər
Cəmiyyət

9 evdən oğurluq edən şəxslər ələ keçdi

16:56 - 04 / 06 / 2018
9 evdən oğurluq edən şəxslər ələ keçdi

Sumqayıtda silsilə mənzil oğurluğu törədən şəxslər tutulub.

1news.az-ın Daxili İşlər Nazirliyinin mətbuat xidmətinə istinadən verdiyi xəbərə görə, Sumqayıt Şəhər Polis İdarəsinin 1-ci Polis Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində cari ilin mart ayından iyunun 1-dək olan müddətdə şəhər ərazisində 9 evdən təmir-tikinti alətləri, elektrik naqilləri, inşaat materialları, qızıl-zinət, məişət və geyim əşyaları oğurlamaqda şübhəli bilinən Corat qəsəbə sakinləri Tasim Dadaşov və Rüfət Abasəliyev saxlanılıblar.

Araşdırmalarla onların cinayət yolu ilə əldə etdikləri əşyaları 3 metal qəbulu məntəqəsinə satdıqları müəyyən edilib və maddi sübutlar polis əməkdaşları tərəfindən həmin məntəqələrdən aşkar edilərək götürülüb.

1news.az

Paylaş:
381

Son xəbərlər

Azərbaycan nefti ucuzlaşıb

28 / 06 / 2025, 11:44
Bütün xəbərlər