Qəbələ və Nardaran sakinlərindən silah götürülüb | 1news.az | Xəbərlər
Cəmiyyət

Qəbələ və Nardaran sakinlərindən silah götürülüb

17:50 - 05 / 06 / 2018
Qəbələ və Nardaran sakinlərindən silah götürülüb

Qəbələ rayonu və Nardaran qəsəbəsi sakinlərindən silah götürülüb.

1news.az-ın Daxili İşlər Nazirliyinin mətbuat xidmətinə istinadən verdiyi xəbərə görə, Qəbələ Rayon Polis Şöbəsi əməkdaşları tərəfindən Bum qəsəbə sakini Nadir Zeynalovdan müvafiq sənədləri olmayan “ТОЗ-16” markalı ov tüfəngi müsadirə olunub.

Aparılmış profilaktiki tədbirlər nəticəsində Sabunçu rayonunun Nardaran qəsəbəsində yaşayan Elçin Cəbrayılov müvafiq sənədləri olmayan nömrəsi silinmiş “İJ-54” markalı ov tüfəngini 42-ci Polis Bölməsinə təhvil verib.

1news.az

Paylaş:
376

Son xəbərlər

Azərbaycan nefti ucuzlaşıb

28 / 06 / 2025, 11:44
Bütün xəbərlər