Sərnişin avtobusu piyadanı vurdu – FOTO | 1news.az | Xəbərlər
Cəmiyyət

Sərnişin avtobusu piyadanı vurdu – FOTO

09:55 - 06 / 06 / 2018
Sərnişin avtobusu piyadanı vurdu – FOTO

Paytaxtın Nərimanov rayonunda avtobus yol-nəqliyyat hadisəsi törədib.

1news.az-ın Report-a istinadla verdiyi xəbərə görə, 1974-cü il təvəllüdlü Əhmədov Saleh Alik oğlu Təbriz küçəsində yolu keçərkən onu sürətlə hərəkətdə olan "90-XX-147" dövlət qeydiyyat nişanlı 202 saylı "Daewoo" markalı sərnişin avtobusu vurub.

Yaralı təcili yardım xidmətinin köməkliyi ilə 1 saylı Kliniki Tibbi Mərkəzə yerləşdirilib. Həkimlər onun vəziyyətinin ağır olduğunu bildirirlər.

Avtobus yol polis əməkdaşları tərəfindən cərimə meydançasına yerləşdirilib.

Faktla bağlı Nərimanov Rayon Polis İdarəsində araşdırma aparılır.

S.Xankişiyeva

Paylaş:
962

Son xəbərlər

Bütün xəbərlər