Hərbi təyinatlı məhsullarımız Fransada nümayiş etdiriləcək | 1news.az | Xəbərlər
Cəmiyyət

Hərbi təyinatlı məhsullarımız Fransada nümayiş etdiriləcək

13:21 - 07 / 06 / 2018
Hərbi təyinatlı məhsullarımız Fransada nümayiş etdiriləcək

Müdafiə Sənayesi Nazirliyinin (MSN) müəssisələrində yaradılan və istehsal olunan müdafiə təyinatlı məmulatlar iyunun 11-dən 15-dək Fransanın Paris şəhərində keçiriləcək Beynəlxalq Müdafiə və Təhlükəsizlik Sərgisində - “EUROSATORY-2018”də nümayiş etdiriləcək.

1news.az-ın Müdafiə Sənayesi Nazirliyinə istinadən verdiyi xəbərə görə, bununla bağlı müdafiə sənayesi naziri Yavər Camalovun başçılıq etdiyi geniş tərkibli nümayəndə heyəti Fransada səfərdə olacaq.

Beş gün davam edəcək sərgidə ziyarətçilərə MSN-in müəssisələrində yaradılan və istehsal olunan 270 adda məmulat təqdim ediləcək.

“EUROSATORY-2018” sərgisində dünyanın 63 ölkəsindən 1700-dən artıq şirkətin iştirakı gözlənilir.

Səfər zamanı nazir Yavər Camalovun hərbi-texniki əməkdaşlıq çərçivəsində görüşləri də nəzərdə tutulur.

1news.az

Paylaş:
649

Son xəbərlər

Bütün xəbərlər