“Omega” taksi 50 müştərini hədiyyələrlə sevindirib ­– FOTO | 1news.az | Xəbərlər
Cəmiyyət

“Omega” taksi 50 müştərini hədiyyələrlə sevindirib ­– FOTO

10:15 - 07 / 06 / 2018
“Omega” taksi 50 müştərini hədiyyələrlə sevindirib ­– FOTO

Qısa müddət ərzində Bakıda çox populyar olan “Omega” taksi sifarişi xidməti, öz müştərilərini sevindirməkdə davam edir.

Bu dəfə “Omega” taksi mayın 18-dən 31-dək taksi sifariş verən bütün müştərilər üçün uduş kampaniyası keçirib.

Müsabiqənin qaydaları və qalibin seçimi sadə, açıq və tam şəffaf idi. Qalibin seçilmə sxemi: müştərinin telefon nömrəsi taksi sifariş verdiyi miqdarda nömrələnir və siyahıya yazılır. Bundan sonra bütün məlumatlar təsadüfi seçim edən xüsusi proqrama daxil olunur və proqram 50 qalib seçib.

10-dan çox müstəqil müşahidəçilər bu prosesdə iştirak edib və əminliklə demək olar ki, seçim düzgün və şəffaf keçib. Müsabiqə nəticəsində baş mükafatı Samsung Galaxy A5 telefonunu “Yaşam” klinikasının qastroenteroloq həkimi Ayan Əhmədova qazanıb. Qalib hədiyyədən razı qalaraq, bu gözlənilməz, lakin xoş hədiyyəyə görə “Omega” taksi sifarişi xidmətinə minnətdarlığını bildirib.

Həmçinin, daha 49 müsabiqə iştirakçısı müxtəlif pul uduşlarını qazanıblar. Həmin uduşlar onların hesabına köçürülüb və istənilən anda taksi sifariş verib gediş haqqını həmin uduşlarla ödəyə bilərlər. Bununla da 50 nəfər, sadəcə “Omega” taksi xidmətlərindən istifadə etdikləri üçün sanballı hədiyyələr qazandılar. Və bu, hələ son deyil. “Omega” taksi yaxın vaxtlarda bu cür aksiyaları davam etdirəcək və daha onlarla hədiyyələr öz sahiblərini tapacaq.

Aksiyalardan danışarkən, qeyd etmək lazımdır ki, “Omega” taksi fəaliyyətə başladığı gündən müştərilərə qarşı həssas münasibətləri siyasətini seçib. Bununla da “Omega” taksi öz aşağı tarifləri ilə rəqiblərinin çoxundan fərqlənir. Dünyanın aparıcı şirkətlərinin təcrübəsini uğurla istifadə edən, Rusiyada 8 ildən artıq fəaliyyət göstərən nüfuzlu şirkət öz müştərilərinə səfərdə optimal qiymət, yüksək keyfiyyətli xidmət, rahatlıq və sürət təmin edir.

Bu tələblərə cavab vermək üçün “Omega” taksi şirkəti nəinki ucuz, eləcə də hər bir müştərinin büdcəsinə uyğun qiymətlər təklif edir. Müştərilər üçün minimal qiymət 1 Azn.

İnformasiya texnologiyalarının inkişafını nəzərə alaraq “Omega” taksi müştərilərinin tam rahatlığı üçün geniş spektrdə elektron köməkçi sistemlər təklif edir. Belə ki, Googla Play-dən “OMEGA TAKSİ SİFARİŞİ” əlavəsini yükləməklə müştərilər həm rahatlıqla taksi sifariş edə bilər, hətta sifariş etdikləri taksinin hal-hazırda şəhərin hansı istiqamətində olduğunu da izləyə bilirlər. “OMEGA TAKSİ SİFARİŞİ” əlavəsini yükləmək üçün aşağıda qeyd olunan linklərdən istifadə etmək olar.

İOS: https://goo.gl/i14gLT

Android: https://goo.gl/5UqURf

Həmçinin “Omega” taksi sifariş vermək üçün, *0404 nömrəsinə pulsuz zəng edə bilərsiz. Zəng kəsiləcək və xidmət özü müştəriyə zəng edir.

Avtomobilin ünvana yaxınlaşması 5-10 dəqiqə vaxt alır və hər gün “Omega” taksi bu vaxtı azaltmaq üçün çalışır.

Hər bir müştəriyə hörmət və qiymət verən “Omega” taksi əla xidməti ilə müştəriləri xoş təəcübləndirəcək.

“Omega” taksini Instagram və Facebook səhifələrinə keçmək üçün linklər:

https://www.facebook.com/omegatsx/

https://www.instagram.com/omegataksi/

Müsabiqənin nəticələri ilə tanış olmaq üçün link:

https://www.facebook.com/omegatsx/

Reklam hüququnda

Paylaş:
1017

Son xəbərlər

Bütün xəbərlər