Nərgiz Paşayeva AMEA-nın vitse-prezidenti seçilib | 1news.az | Xəbərlər
Cəmiyyət

Nərgiz Paşayeva AMEA-nın vitse-prezidenti seçilib

16:12 - 08 / 06 / 2018
Nərgiz Paşayeva AMEA-nın vitse-prezidenti seçilib

Moskva Dövlət Universitetinin Bakı filialının rektoru, Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) həqiqi üzvü, professor Nərgiz Paşayeva bu gün AMEA-nın ümumi yığıncağında qurumun vitse-prezidenti vəzifəsinə seçilib.

1news.az-ın Trend-ə istinadla verdiyi xəbərə görə, AMEA-nın həqiqi üzvləri, akademiklər İbrahim Quliyev, İsa Həbibbəyli, Tofiq Nağıyev, Dilqəm Tağıyev və İradə Hüseynova da seçki yolu ilə Akademiyanın vitse-prezidentləri vəzifələrinə seçiliblər.

Bundan başqa, açıq səsvermə yolu ilə AMEA-nın müxbir üzvü Bilal Bilalov Akademiyanın vitse-prezidenti vəzifəsinin icraçısı seçilib.

Qeyd edək ki, İ.Quliyev, İ.Həbibbəyli, T.Nağıyev və D.Tağıyev bu seçkiyə qədər də həmin vəzifələri icra edirdi. N.Paşayeva, İ.Hüseynova, B.Bilalov isə yeni vitse-prezidentlər seçiliblər. Beləliklə, hazırda Akademiyanın 7 vitse-prezidenti var. Vitse-prezidentlər bu vəzifəyə 5 il müddətinə seçilirlər.

N.Paşayeva AMEA-da təhsil, İ.Hüseynova isə biologiya məsələrinə baxacaq.

N.Paşayeva, İ.Hüseynova və B.Bilalov həm də Rəyasət Heyətinin yeni üzvləri seçiliblər.

İclasda Akademiyanın bölmələrinin akademik katibləri də seçilib. Belə ki, AMEA-nın İnformasiya Texnologiyaları İnstitutunun direktoru Rasim Əliquliyev qurumun akademik katibi seçilib. Akademiyanın Biologiya və Tibb Elmlər Bölməsinin akademik katibi Əhliman Əmiraslanov, Fizika-Riyaziyyat və Texnika Bölməsinin akademik katibi Nazim Məmmədov, Yer Elmləri Bölməsinin akademik katibi Fəxrəddin Qədirov, Kimya Bölməsinin akademik katibi Dilqəm Tağıyev, Ictimai Elmlər Bölməsinin akademik katibi Nərgiz Axundova, Humanitar Elmlər Bölməsinin akademik katibi Teymur Kərimli olub.

S.Xankişiyeva

 

Paylaş:
827

Son xəbərlər

Yasamalda parklama yeri kimi istifadə edilən səki piyadaların istifadəsinə qaytarılıb – FOTO - VİDEOBu gün, 17:18Kyokuşinkay karate üzrə Bakı birinciliyi keçirilibBu gün, 17:05Abşeronda narkotiklə bağlı əməliyyat keçirilib, xaricdəki narkotacirlərin səs yazıları açıqlanıb - VİDEOBu gün, 17:03Sabirabadda 28 yaşlı gənci elektrik cərəyanı vuraraq öldürübBu gün, 16:58ABŞ səfiri Qırmızı Qəsəbədə olubBu gün, 16:48Muxtar Babayev Yaponiyanın ətraf mühitin mühafizəsi naziri ilə iqlim maliyyəsini müzakirə edibBu gün, 16:36Səbail rayonu ərazisində avtoxuliqanlıq edən sürücü saxlanılıbBu gün, 16:33Bu ay temperatur iqlim normasından 12 dərəcə yuxarı olubBu gün, 16:24Azərbaycan şahmatçısı Avropa çempionu olubBu gün, 16:11Ötən həftə azad olunmuş ərazilərdə aşkarlanan minaların sayı açıqlandıBu gün, 15:55“Volkswagen Azərbaycan” yenilənmiş 2024 ci il “Touareg” avtomobilinin təqdimat mərasimini keçirib – FOTO – VİDEOBu gün, 15:50Bakıda bazarda ciddi nöqsanlar aşkarlanıb - FOTOBu gün, 15:29TƏBİB: Qazaxda minaya düşən DSX hərbçisinin vəziyyəti ağırdır - YENİLƏNİBBu gün, 15:19Qadını şantaj edərək pul istəyən şəxs tutulduBu gün, 15:00İlham Əliyev Malayziyanın Parlament Senatının prezidentini qəbul edib - YENİLƏNİBBu gün, 14:36DİM isti hava şəraiti ilə əlaqədar imtahan saatını dəyişdiribBu gün, 14:25Çin Xalq Respublikası ilə mədəni əməkdaşlıq məsələləri müzakirə olunubBu gün, 14:19FOMO BAKU klubu dünyanın 100 ən yaxşı klubu siyahısına daxil oldu! - FOTO - VİDEOBu gün, 14:16Ceyhun Bayramov Qətərə işgüzar səfərə yola düşübBu gün, 14:10İlham Əliyev: Azərbaycan-Çin münasibətlərində son vaxtlar böyük canlanma baş veribBu gün, 13:54
Bütün xəbərlər