“ASAN xidmət”in rəsmi internet səhifəsi “NETTY2018”in qalibi olub | 1news.az | Xəbərlər
Cəmiyyət

“ASAN xidmət”in rəsmi internet səhifəsi “NETTY2018”in qalibi olub

18:37 - 09 / 06 / 2018
“ASAN xidmət”in rəsmi internet səhifəsi “NETTY2018”in qalibi olub

“NETTY2018” Azərbaycanın milli internet mükafatının 14-cü mükafatlandırma mərasimi baş tutub.

1news.az-a Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyindən verilən xəbərə görə, “Dövlət saytı” nominasiyasında “ASAN xidmət”in rəsmi internet səhifəsi - www.asan.gov.az birinci yerə layiq görülüb.

Xatırladaq ki, “ASAN xidmət” ikinci dəfədir eyni nominasiyada qalib olur.

NETTY-2018 Azərbaycan Milli İnternet Mükafatı - Ümumdünya Şəbəkəsinin milli seqmentinin və ümumiyyətlə İT-bazarın inkişafı məqsədilə yaradılmış informasiya texnologiyalar sahəsində Azərbaycanın birinci peşəkar mükafatıdır.

S.Xankişiyeva

 

Paylaş:
282

Son xəbərlər

Bütün xəbərlər