Leysan yağış Tovuza ciddi ziyan vurub – FOTO | 1news.az | Xəbərlər
Cəmiyyət

Leysan yağış Tovuza ciddi ziyan vurub – FOTO

11:30 - 10 / 06 / 2018
Leysan yağış Tovuza ciddi ziyan vurub – FOTO

Bu gün səhər saat 05.00 radələrindən başlayaraq 2 saat ərzində Tovuzda leysan xarakterli yağış yağıb.

1news.az-ın APA-ya istinadla verdiyi xəbərə görə, nəticədə kənd təsərrüfatına sahələrinə, xüsusən taxıl sahələrinə ciddi ziyan dəyib.

Rayon mərkəzinə elektrik enerjisinin verilişi dayandırılıb. Bəzi yaşayış yerləri və ticarət obyektlərinin zirzəmilərinə su dolub. Həmçinin rayon mərkəzində iki yeraltı keçidi su basıb, bir avtomobil keçiddə qalıb.

Hazırda leysanın fəsadlarının aradan qaldırılması üçün tədbirlər görülür.

S.Xankişiyeva

Paylaş:
362

Son xəbərlər

Azərbaycan nefti ucuzlaşıb

28 / 06 / 2025, 11:44
Bütün xəbərlər