Qurtuluş günü münasibətilə Bakıda bayram konserti təşkil olunacaq

Milli Qurtuluş Günü münasibəti ilə iyun ayının 13-ü saat 19-30-da Səbail rayonu Badamdar qəsəbəsindəki Heydər Əliyev Parkında Səbail Rayon İcra Hakimiyyəti və Azərbaycan Dövlət Televiziya və Radio Verilişləri QSC-nin birgə təşkilatçılığı ilə möhtəşəm bayram konserti təşkil olunacaq.
Səbail Rayon İcra Hakimiyyətindən 1news.az-a verilən məlumata görə, Azərbaycan estradasının tanınmış ulduzlarının iştiraki ilə keçiriləcək konsertdə xalq mahnıları, dünya və Azərbaycan bəstəkarlarının əsərləri ifa olunacaq, tədbir möhtəşəm atəşfəşanlıqla başa çatacaq.
Bakı sakinlərini və şəhərimizin qonaqlarını bu konsertə dəvət edirik.
1news.az
435