Dövlət Yol Polisi “Son zəng”lə bağlı valideynlərə xəbərdarlıq edib | 1news.az | Xəbərlər
Cəmiyyət

Dövlət Yol Polisi “Son zəng”lə bağlı valideynlərə xəbərdarlıq edib

15:16 - 13 / 06 / 2018
Dövlət Yol Polisi “Son zəng”lə bağlı valideynlərə xəbərdarlıq edib

Yol Patrul Xidməti iyunun 14-də gücləndirlimiş iş rejimində xidmət aparacaq.

Təhlükəsizliyin təmin olunması məqsədi ilə “Son zəng” tədbirlərinin keçirildiyi ərazilərdəki yollar nəzəratə götürüləcək.

1news.az-ın verdiyi xəbərə görə, bunu Bakı Şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polisi İdarəsinin İctimai qurumlarla əlaqə bölməsinin rəisi, polis polkovniki Vaqif Əsədov deyib. 

O bildirib ki, sürücülük vəsiqəsi olmadan avtomobil idarə edən sürücülər barədə ciddi inzibati tədbirlər görüləcək:

“Bir daha valideynlərə müraciət edərək bildiririk ki, sürücülük vəsiqəsi olmayan şəxslərə idarə etmək üçün avtomobillərin verilməsi "Yol hərəkəti haqqında" qanunun və İnzibati Xətalar Məcəlləsinin müvafiq madəsinin pozulmasıdır və inzibati xətadır. Eyni zamanda sürücülük vəsiqəsi olmadan avtomobillərin idarə edilməsi yol-nəqliyyat hadisələrinin yaranmasına səbəb ola bilər. Ona görə də valideynlər bunu nəzərə almalıdılar. Onlar sürücülük vəsiqəsi olmayan övladlarına idarə etmək üçün avtomobil verməsinlər. Bu təhlükəsizlik baxımından ciddi əhəmiyyət daşıyır”.

V.Əsədov əlavə edib ki, ötən il 11-ci snif şagirdinin sürcülük vəsiqəsi olmadan avtomobili idarə etməsi 2 nəfərin xəsarət alması ilə nəticələnən yol-nqəliyyat hadisəsinə səbəb olmuşdu: "2015-ci ildə isə "Son zəng" tədbirləri zamanı məktəblinin sürcülük vəsiqəsi olmadan idarəetdiyi avtomobil ölümlə nəticələnən yol qəzası törətmişdi".

İdarə rəsmisi vurğulayıb ki, "Son zəng" tədbirlərinin keçirildiyi təhsil müəssisələrinin yerləşdiyi küçə və prospektlərdə süni sıxlıq və tıxacların yaranmamsı üçün YPX əməkdaşları həmin ərazilərdə xidmət aparacaqlar: "Yollara bitikiş təhsil müəssisələri ətrafında yolun hərəkət hissəsinin 2-ci cərgəsində park etdirilən nəqliyyat vasitələrinin sürcüləri barədə də inzibati tədbirlər görüləcək. Dayanma-durma və parklanma tələblərinin düzgün yerinə yetirilməsi qanunun tələbidir, yol hərəkətində mədəniyyətin formalaşmasıdır. Bu, həm də digər yol hərəkəti iştikaçısının yoluna davam etməsinə mane olmamaqdır".

S.Xankişiyeva

 

 

Paylaş:
471

Son xəbərlər

Bu gün böyük yazıçı Mir Cəlal Paşayevin anım günüdürBu gün, 12:59Xəzər dənizi sahili boyu ərazilərdə havada toz müşahidə olunurBu gün, 12:36Əmtəə bazarlarında qızıl ucuzlaşmaqda davam edirBu gün, 12:25Bazar gününün hava proqnozuBu gün, 12:09Tərtərdə avtoxuliqanlıq edərək görüntülərini sosial şəbəkədə yayan şəxs saxlanılıbBu gün, 11:49DİN əməliyyatlar keçirib, 22 kiloqram narkotik aşkarlanıbBu gün, 11:39Mingəçevirdə dələduzluq edən şəxs saxlanılıbBu gün, 11:22Azərbaycan Respublikası Gənclər Təşkilatları Milli Şurası 27 Sentyabr - Anım Günü ilə bağlı silsilə tədbirlər keçiribBu gün, 11:03Saray qəsəbəsində hərbi sursatlar aşkar edilib - FOTO - VİDEOBu gün, 10:57Agro Dairy şirkətinin sponsorluğu ilə “Dəyişən İqlimdə Davamlı Qida Təhlükəsizliyi” Mövzusunda IAOM Avrasiya Konfransı və Sərgisi baş tutdu - FOTOBu gün, 10:52Kamaləddin Qafarov: “Ölkənin xarici borcunun azalması iqtisadiyyatın dinamik inkişafının göstəricisidir”Bu gün, 10:43Havanın temperaturu iqlim normasından yuxarı olub - FAKTİKİ HAVABu gün, 10:26Ziya Bünyadov prospektində hərəkətə qoyulan məhdudiyyət aradan qaldırılıbBu gün, 10:14“Azərbaycan Hava Yolları” QSC-nin rəhbərliyi və kollektivi şəhidlərin əziz xatirəsini yad edib - FOTO27 / 09 / 2024, 20:54MEDİA-da Anım Gününə həsr olunan tədbir keçirilib, inşası davam etdirilən Zəfər parkı ziyarət edilib27 / 09 / 2024, 17:52Bakıda 5 müntəzəm avtobus marşrutunun hərəkət istiqaməti dəyişdiriləcək27 / 09 / 2024, 17:49Milli Qəhrəman Gültəkin Əskərovanın qızı ilk dəfə onun şəhid olduğu yerdə - VİDEO27 / 09 / 2024, 17:42Nəsimi rayonunun bəzi küçələrində işıq kəsiləcək - SİYAHI27 / 09 / 2024, 17:19DİN qanunsuz odlu silahlarla bağlı vətəndaşlara müraciət edib - VİDEO27 / 09 / 2024, 17:03Nazirlərin oktyabrda qəbul cədvəli açıqlanıb27 / 09 / 2024, 16:31
Bütün xəbərlər