Tovuzda müəllim "Son zəng" zamanı ölüb

Tovuzda "Son zəng" tədbirində ölüm hadisəsi baş verib.
1news.az APA-ya istinadla xəbər verir ki, rayonun Köhnəqala kənd orta məktəbində keçirilən "Son zəng" tədbiri zamanı təhsil ocağının dil-ədəbiyyat müəllimi, 1965-ci il təvəllüdlü Nüşabə Ələkbərovanın halı pisləşib.
Ona yardım göstərilsə də, həyatını xilas etmək mümkün olmayıb.
Məlumata görə N. Ələkbərova ürək damar xəstəliyindən əziyyət çəkirmiş.
1news.az
511