IX sinif buraxılış imtahanlarında inşalara verilən qiymətlər açıqlanıb | 1news.az | Xəbərlər
Cəmiyyət

IX sinif buraxılış imtahanlarında inşalara verilən qiymətlər açıqlanıb

17:25 - 14 / 06 / 2018
IX sinif buraxılış imtahanlarında inşalara verilən qiymətlər açıqlanıb

Dövlət İmtahan Mərkəzi ümumi təhsil səviyyəsi üzrə təhsilalanların biliyinin yekun qiymətləndirilməsi (attestasiyası) imtahanında 9-cu sinif şagirdlərinin yazdığı inşaların (esselərin) yoxlanılması prosesini başa çatdırıb.

1news.az-a Mərkəzdən verilən məlumata görə, şagirdlər DİM-in internet saytında buraxılış imtahanının nəticələri (http://eservices.dim.gov.az/netorta/?frm=egov) bölməsinə daxil olaraq iş nömrəsi və şəxsiyyəti təsdiq edən sənədin nömrəsindən (və ya FİN kodundan) istifadə etməklə öz inşalarına verilən qiymətlə, inşa vərəqələrinin qrafik təsviri ilə və qiymətləndirmə meyarı ilə tanış ola bilərlər.

Ümumi təhsil səviyyəsi üzrə təhsilalanların biliyinin yekun qiymətləndirilməsi (attestasiyası) imtahanında iştirak edən 10 8332 şagirddən 28 933 nəfər inşa (esse) yazıb.

İnşa (esse) 10 ballıq şkala ilə qiymətləndirilir. İnşanın (essenin) qiyməti ümumi orta təhsil haqqında fərqlənmə sənədini almaq üçün nəzərə alınır. Fərqlənmə sənədini almaq üçün namizəd olanlar 7 və ya daha yuxarı bal toplamalıdırlar. 8079 şagirdin yazdığı inşa (esse) 7 və ya daha yuxarı balla qiymətləndirilib.

İnşaların nəticələri ilə bağlı müraciətlərə baxılması üçün Dövlət İmtahan Mərkəzində (Nəsimi rayonu, Abdulvahab Salamzadə küçəsi, 28 ünvanında) 25, 27, 28 iyun 2018-ci il tarixlərində saat 10:00-dan 17:00-dək Apelyasiya Komissiyası fəaliyyət göstərəcək. Apelyasiya Komissiyasına müraciət etmək istəyənlər 20-22 iyun tarixlərində şəxsiyyət vəsiqələrini təqdim etməklə ərizə doldurub qeydiyyatdan keçə bilərlər. Qeyd olunan müddət ərzində qeydiyyatdan keçməyənlər sonradan Apelyasiya Komissiyasına müraciət edə bilməyəcəklər. Apelyasiya Komissiyasında şagirdin iştirakı (şəxsiyyət vəsiqəsini təqdim etməklə) vacibdir. Şagird ilə yanaşı valideynlərindən biri şəxsiyyət vəsiqəsini təqdim etməklə Apelyasiya Komissiyasının iclasında iştirak edə bilər.

Apelyasiya Komissiyasına müraciət etmək üçün şagirdlər Dövlət İmtahan Mərkəzinin aşağıdakı ünvanlarda yaradılmış qeydiyyat mərkəzlərinə yaxınlaşa bilərlər:

  • DİM Bakı şəhəri, Nəsimi rayonu, A.Salamzadə küçəsi, 28 (keçmiş Bakı Asiya Universitetinin binası)
  • DİM-in Naxçıvan MR Regional Bölməsi (Naxçıvan ş., Nizami küçəsi, 10);
  • DİM-in Gəncə Regional Bölməsi (Gəncə ş., H.Əliyev meydanı, İnzibati bina);
  • DİM-in Lənkəran Regional Bölməsi (Lənkəran ş., H.Aslanov xiyabanı 52);
  • DİM-in Xaçmaz Regional Bölməsi (Xaçmaz ş., M.Ə.Rəsulzadə küç., 7b);
  • DİM-in Şəki Regional Bölməsi (Şəki ş., M.Rəsulzadə prospekti, 182);
  • DİM-in Şirvan Regional Bölməsi (Şirvan ş., M.Rəsulzadə küçəsi, 19);
  • DİM-in Göyçay Regional Bölməsi (Göyçay ş., Rauf İsayev küçəsi, 43);
  • DİM-in Bərdə Regional Bölməsi (Bərdə ş., H. Əliyev prospekti, 100).

S.Xankişiyeva

 

Paylaş:
679

Son xəbərlər

Bu gün böyük yazıçı Mir Cəlal Paşayevin anım günüdürBu gün, 12:59Xəzər dənizi sahili boyu ərazilərdə havada toz müşahidə olunurBu gün, 12:36Əmtəə bazarlarında qızıl ucuzlaşmaqda davam edirBu gün, 12:25Bazar gününün hava proqnozuBu gün, 12:09Tərtərdə avtoxuliqanlıq edərək görüntülərini sosial şəbəkədə yayan şəxs saxlanılıbBu gün, 11:49DİN əməliyyatlar keçirib, 22 kiloqram narkotik aşkarlanıbBu gün, 11:39Mingəçevirdə dələduzluq edən şəxs saxlanılıbBu gün, 11:22Azərbaycan Respublikası Gənclər Təşkilatları Milli Şurası 27 Sentyabr - Anım Günü ilə bağlı silsilə tədbirlər keçiribBu gün, 11:03Saray qəsəbəsində hərbi sursatlar aşkar edilib - FOTO - VİDEOBu gün, 10:57Agro Dairy şirkətinin sponsorluğu ilə “Dəyişən İqlimdə Davamlı Qida Təhlükəsizliyi” Mövzusunda IAOM Avrasiya Konfransı və Sərgisi baş tutdu - FOTOBu gün, 10:52Kamaləddin Qafarov: “Ölkənin xarici borcunun azalması iqtisadiyyatın dinamik inkişafının göstəricisidir”Bu gün, 10:43Havanın temperaturu iqlim normasından yuxarı olub - FAKTİKİ HAVABu gün, 10:26Ziya Bünyadov prospektində hərəkətə qoyulan məhdudiyyət aradan qaldırılıbBu gün, 10:14“Azərbaycan Hava Yolları” QSC-nin rəhbərliyi və kollektivi şəhidlərin əziz xatirəsini yad edib - FOTO27 / 09 / 2024, 20:54MEDİA-da Anım Gününə həsr olunan tədbir keçirilib, inşası davam etdirilən Zəfər parkı ziyarət edilib27 / 09 / 2024, 17:52Bakıda 5 müntəzəm avtobus marşrutunun hərəkət istiqaməti dəyişdiriləcək27 / 09 / 2024, 17:49Milli Qəhrəman Gültəkin Əskərovanın qızı ilk dəfə onun şəhid olduğu yerdə - VİDEO27 / 09 / 2024, 17:42Nəsimi rayonunun bəzi küçələrində işıq kəsiləcək - SİYAHI27 / 09 / 2024, 17:19DİN qanunsuz odlu silahlarla bağlı vətəndaşlara müraciət edib - VİDEO27 / 09 / 2024, 17:03Nazirlərin oktyabrda qəbul cədvəli açıqlanıb27 / 09 / 2024, 16:31
Bütün xəbərlər