Sabahdan Ramazan tətili başlayır | 1news.az | Xəbərlər
Cəmiyyət

Sabahdan Ramazan tətili başlayır

09:25 - 14 / 06 / 2018
Sabahdan Ramazan tətili başlayır

Ramazan bayramı münasinbətilə Azərbaycanda sabahdan tətil başlayır.

1news.az-ın verdiyi xəbərə görə, Nazirlər Kabinetinin qərarına əsasən, 2018-ci ildə 15, 16 iyun Ramazan bayramıdır.

Bu il iyunun 15-i həm də Milli Qurtuluş Günü olduğu, 16 iyun isə şənbə gününə təsadüf etdiyi üçün Əmək Məcəlləsinə əsasən, iş və istirahət günlərinin yerləri dəyişdiriləcək, 18 iyun - bazar ertəsi, 19 iyun - çərşənbə axşamı da qeyri-iş günü olacaq.

Beləliklə, Ramazan bayramında 15 iyun, 16 iyun, 17 iyun (bazar), 18 iyun və 19 iyun ardıcıl qeyri-iş günüdür.

S.Xankişiyeva

 

Paylaş:
406

Son xəbərlər

Bütün xəbərlər