Bakı Metropoliteni gücləndirilmiş iş rejiminə keçir | 1news.az | Xəbərlər
Cəmiyyət

Bakı Metropoliteni gücləndirilmiş iş rejiminə keçir

10:48 - 14 / 06 / 2018
Bakı Metropoliteni gücləndirilmiş iş rejiminə keçir

15 İyun – Milli Qurtuluş Günü və Ramazan bayramı münasibətilə ölkədə elan edilmiş 5 qeyri-iş günü ərzində, “Bakı Metropoliteni” QSC gücləndirilmiş iş rejimində çalışacaq.

1news.az quruma istinadən xəbər verir ki, bununla bağlı sədr Zaur Hüseynov əmr imzalayıb.

Əmrlə bütün struktur vahidlərinin rəhbərlərinin qarşısına konkret vəzifələr qoyulub, həmçinin bayram günlərində əlavə növbətçiliklərin təşkili və zərurət yarandığı halda, ehtiyat qatarların xəttə buraxılması nəzərdə tutulub.

S.Xankişiyeva

 

Paylaş:
336

Son xəbərlər

Bütün xəbərlər