Məşhur rejissor və ssenarist vəfat edib

Rusiyanın xalq artisti, rejissor, ssenarist Stanislav Qovoruxin vəfat edib.
1news.az RİA Novosti-yə istinadla xəbər verir ki, Rusiya Dövlət Dumasının spikeri Vyaçeslav Volodin onun uzun sürən xəstəlikdən sonra “Barvixa” sanatoriyasında dünyasını dəyişdiyini bildirib.
Qovoruxin həm də aktiv siyasi fəaliyyətlə məşğul olub, “Vahid Rusiya” partiyasının üzvü olub. 2000-ci ildə prezidentliyə namizədliyini irəli sürb.
O, "Görüş yerini dəyişmək olmaz", "20-ci əsrin piratları", "Kapitan Qrantın axtarışında", "On kiçik hindli", “Qadınları qoruyun” və digər filmlərin ssenaristi və rejisssoru olub.
P.Sultaova
355