Şabranda mərkəzi rayon xəstəxanasında yanğın olub

Şabran rayonunda mərkəzi rayon xəstəxanasının ərazisində yanğın olub.
1news.az FHN-nin saytına istinadən verdiyi məlumata əsasən, xəstəxananın ərazisində "Mercedes" markalı təcili yardım avtomobilinin yanar hissələri və dördmərtəbəli binanın 1-ci mərtəbəsində 3 ədəd plastik pəncərə çərçivəsi yanıb.
Yaxınlıqdakı tikililər yanğından mühafizə olunub. Yanğın yanğın bölmələri tərəfindən söndürülüb.
1news.az
342