Şamaxı ağır qəza: "Qazel" və "VAZ" toqquşdu | 1news.az | Xəbərlər
Cəmiyyət

Şamaxı ağır qəza: "Qazel" və "VAZ" toqquşdu

11:38 - 17 / 06 / 2018
Şamaxı ağır qəza: "Qazel" və "VAZ" toqquşdu

Şamaxıda "Qazel"lə "VAZ" toqquşub.

1news.az-a FHN-dən verilən məlumata görə, Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə daxil olmuş məlumata əsasən, Şamaxı rayonunda “Qazel” markalı yük avtomobili ilə “VAZ” markalı minik avtomobili toqquşub.

Hadisə yerinə cəlb olunmuş Dövlət Yanğından Mühafizə Xidmətinin müvafiq xilasetmə qüvvələri “VAZ” markalı minik avtomobilində sıxışmış vəziyyətdə qalmış sərnişini deformasiyaya uğramış nəqliyyat vasitəsindən çıxarıb və aidiyyəti üzrə təhvil veriblər. Əməliyyat başa çatıb.

1news.az

 

Paylaş:
582

Son xəbərlər

Bütün xəbərlər