1500 pivə bokalı oğurlayan Şüvəlan sakini saxlanılıb | 1news.az | Xəbərlər
Cəmiyyət

1500 pivə bokalı oğurlayan Şüvəlan sakini saxlanılıb

15:31 - 18 / 06 / 2018
1500 pivə bokalı oğurlayan Şüvəlan sakini saxlanılıb

Şüvəlan sakini 1500-dən çox pivə bakalı oğurlayıb.

1news.az-ın Daxili İşlər Nazirliyinin mətbuat xidmətinə istinadən verdiyi xəbərə görə, Xəzər rayon Polis İdarəsinin 1-ci Polis şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində cinayət əməlini törədən şəxs saxlanılıb.

Saxalnılan şəxsin Şüvəlan qəsəbə sakini Atif Məmmədov olduğu bildirilir.  O, mayın 15-dən iyunun 15-dək olan müddətdə Şüvəlan qəsəbəsi ərazisindəki bağ evlərindən birinin həyətindən 1512 ədəd pivə bakalı oğurlamaqda şübhəli bilinir.

1news.az

Paylaş:
1041

Son xəbərlər

Bütün xəbərlər