Bakıda Azərbaycan-Pakistan biznes forumu keçiriləcək | 1news.az | Xəbərlər
İqtisadiyyat

Bakıda Azərbaycan-Pakistan biznes forumu keçiriləcək

1news Redaksiyası16:24 - 18 / 06 / 2018
Bakıda Azərbaycan-Pakistan biznes forumu keçiriləcək

Gələn ay Bakıda Azərbaycan-Pakistan biznes forumu keçiriləcək.

1news.az-ın Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fonduna (AZPROMO) istinadən verdiyi xəbərə görə, biznes forum iyul ayının 4-də İqtisadiyyat Nazirliyinin dəstəyi və AZPROMO-nun təşkilatçılığı ilə baş tutacaq.

Biznes forumda iqtisadi əməkdaşlıq və əlaqələrin genişləndirilməsi perspektivləri müzakirə ediləcək.

Tədbir çərçivəsində Azərbaycan və Pakistan iqtisadiyyatına, bu ölkələrin biznes və investisiya imkanlarına dair təqdimatlar keçiriləcək, iş adamları arasında ikitərəfli görüşlər təşkil olunacaq.

1news.az

Paylaş:
537

Son xəbərlər

Bütün xəbərlər