Ermənistana məxsus növbəti taktiki PUA məhv edilib – FOTO

Bu gün hərbçilərimiz Ermənistana məxsus növbəti taktiki PUA-nı məhv ediblər.
1news.az xəbər verir ki, bu barədə Müdafiə Nazirliyindən məlumat veriblər.
Məlumata görə, iyunun 19-u səhər saatlarında cəbhənin Füzuli-Xocavənd istiqamətində mövqelərimiz üzərində uçuşlar həyata keçirməyə cəhd göstərən Ermənistan silahlı qüvvələrinə məxsus “X-55” taktiki pilotsuz uçuş aparatı (PUA) Hərbi Hava Qüvvələrimizin bölmələri tərəfindən növbəti dəfə məhv edilib.
1news.az
595