Ağdaş sakini həyətində narkotik bitki yetişdirirmiş – FOTO

Daxili işlər orqanlarının əməkdaşları tərəfindən narkotik vasitələrin qanunsuz dövriyyəsinə, satışına və kultivasiyasına qarşı mübarizə tədbirlərini davam etdirirlər.
1news.az-ın Daxili İşlər Nazirliyinin Şəki regional qrupuna istinadən verdiyi xəbərə görə, Ağdaş Rayon Polis Şöbəsinin əməkdaşlarının daxil olmuş məlumat əsasında keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində rayon sakini Tofiq Məmmədov saxlanılıb.
Onun yaşadığı evin həyətyanı sahəsində olan xiyar və pomidor istixanasında aqrotexniki qaydada qulluq edilmiş, ümumi çəkisi 12 kiloqramdan artıq olan 13 çətənə kolu aşkarlanaraq götürülüb.
Faktla bağlı Ağdaş rayon Polis Şöbəsi tərəfindən araşdırma aparılır.
1news.az
364