Tikinti materialları bazarında güclü yanğın olub | 1news.az | Xəbərlər
Cəmiyyət

Tikinti materialları bazarında güclü yanğın olub

11:49 - 19 / 06 / 2018
Tikinti materialları bazarında güclü yanğın olub

Bakı şəhərinin Nərimanov rayonunda yerləşən tikinti materiallarının satışı mağazasında yanğın olub.

1news.az-ın Fövqəladə Hallar Nazirliyinin saytına istinadən verdiyi xəbərə görə, hadisə bu gün səhər saatlarında “Taxta bazarı”nın ərazisində qeydə alınıb və daha sonra yanğın qonşuluqdakı dükanlara keçib.

Ümumilikdə, yanğın zamanı 10-dan artıq mağazaya ziyan dəyib.

Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvə və vasitələri hadisə yerinə cəlb olunub və qısa müddət ərzində yanğın söndürülüb.

Yanğının baş vermə səbəbi ilə bağlı aparılan araşdırmalardan sonra məlumat veriləcək.

1news.az

Paylaş:
477

Son xəbərlər

Bütün xəbərlər