Çimərlik futbolu üzrə Avropa Liqası Bakıda – VİDEO | 1news.az | Xəbərlər
Cəmiyyət

Çimərlik futbolu üzrə Avropa Liqası Bakıda – VİDEO

16:15 - 20 / 06 / 2018
Çimərlik futbolu üzrə Avropa Liqası Bakıda – VİDEO

Bu il iyunun 22-24-dək Bakıda çimərlik futbolu üzrə Avropa Liqası turniri keçiriləcək.

Turnir zamanı iki qrup olmaqla ümumilikdə səkkiz komanda mübarizə aparacaq.

Azərbaycan millisi Portuqaliya, Belarus və Fransa yığmaları ilə qarşılaşacaq. İsveçrə, İtaliya,  Ukrayna və Almaniya milliləri isə 2-ci qrupda mübarizə aparacaq.

Oyular qeyd edilən tarixlərdə hər gün saat 14:45, 16:00, 17:15,18:30-da Su İdmanı Sarayında keçiriləcək.

Hər kəs oyunları izləyə və millimizə dəstək ola bilər.

Giriş pulsuzdur!

Reklam hüququnda

Paylaş:
812

Son xəbərlər

Bütün xəbərlər