Bakıda dəhşətli qəza: bir ailə məhv oldu | 1news.az | Xəbərlər
Cəmiyyət

Bakıda dəhşətli qəza: bir ailə məhv oldu

16:43 - 20 / 06 / 2018
Bakıda dəhşətli qəza: bir ailə məhv oldu

Bu gün səhər saatlarında Bakıda dəhşətli yol qəzası baş verib.

1news.az-ın Lent.az-a istinadla verdiyi xəbərə görə, Pirallahı yolunda “VAZ 2106” markalı minik avtomobili sürücünün idarəetməsindən çıxaraq işıq dirəyinə çırpılıb.

Zərbənin gücündən avtomobilin arxa oturacağında əyləşən sürücünün həyat yoldaşı Sona Əliyeva və övladı, 4 aylıq Rəna hadisə yerində vəfat edib.

Avtomobili idarə edən 33 yaşlı İsmixan Əliyev xəstəxanaya çatdırılsa da, onun həyatını xilas etmək mümkün olmayıb.

Faktla bağlı araşdırma aparılır.

S.Xankişiyeva

 

Paylaş:
313

Son xəbərlər

Bütün xəbərlər