Əbülfəs Qarayev Qəbələ şəhərində vətəndaşları qəbul edəcək
Mədəniyyət naziri Əbülfəs Qarayev iyunun 22-də Qəbələ şəhərində vətəndaşları qəbul edəcək.
Nazirlikdən 1news.az-a bildirilib ki, bu şəhərdəki Heydər Əliyev adına Mədəniyyət Mərkəzində (28 may küçəsi, 40) Ağsu, Qəbələ, Qobustan, İsmayıllı və Şamaxı rayonlarından olan vətəndaşlar iştirak edə bilər.
Vətəndaşlar nazirliyin [email protected] elektron poçt ünvanı, e-services, mct.gov.az elektron xidmətlər saytı, telefon məlumat sistemi (qaynar xətt): 147 və ya (012) 493-55-21 nömrəli telefon vasitəsilə (əlaqələndirici şəxs Pərviz İsgəndərli) qəbula yazıla bilərlər. Qəbula gəlmək istəyən vətəndaşların, həmçinin yuxarıda adları qeyd edilən rayonların mədəniyyət və turizm şöbələri ilə əlaqə saxlamaları xahiş olunur.
1news.az
343