Azərbaycanda qaçqın statusu almış əcnəbilərin sayı açıqlanıb | 1news.az | Xəbərlər
Cəmiyyət

Azərbaycanda qaçqın statusu almış əcnəbilərin sayı açıqlanıb

12:49 - 20 / 06 / 2018
Azərbaycanda qaçqın statusu almış əcnəbilərin sayı açıqlanıb

Bu gün - 20 iyun Ümumdünya Qaçqınlar Günüdür.

1news.az-ın verdiyi xəbərə görə, BMT Baş Assambleyasının 2000-ci ildə qəbul olunmuş qətnaməsinə əsasən, BMT-nin “Qaçqınlarin statusu haqqında” 1951-ci il Konvensiyasının 50-ci ildönümü ilə əlaqədar 2001-ci ildən etibarən 20 iyun Ümumdünya Qaçqınlar Günü elan edilib. Dünyada hər il bu günlə bağlı tədbirlər keçirilir.

Dövlət Miqrasiya Xidmətindən (DMX) 1news.az-a bildirilib ki, bu gün Ümumdünya Qaçqınlar günü ilə bağlı BMT QAK-ın Azərbaycandakı nümayəndəliyinin, Qaçqınların və Məcburi köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin və Dövlət Miqrasiya Xidmətinin birgə təşkilatçılığı ilə Beynəlxalq Muğam mərkəzində tədbir keçiriləcək. Tədbirdə dövlət orqanlarının, o cümlədən nazirlik, komitə və digər təşkilatların, ölkəmizdə akkreditasiya olunmuş diplomatik nümayəndəliklərin, beynəlxalq və yerli humanitar qurumların, həmçinin qaçqın və köçkün icmaları təmsilçilərinin iştirakı nəzərdə tutulur.

Dövlət Miqrasiya Xidməti Azərbaycanda əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə qaçqın statusunun verilməsi, bu kateqoriyadan olan şəxslərin qəbul edilməsi, yerləşdirilməsi və digər əlaqəli məsələlər üzrə səlahiyyətli qurumlardan biridir. Hazırda qaçqın statusu almış 75 əcnəbi Dövlət Miqrasiya Xidmətinin qeydiyyatındadır.

BMT QAK-ın açıqlamasına görə, 2017-ci ilin sonuna olan məlumata əsasən zorla öz yurd-yuvalarından didərgin düşənlərin sayı 68,5 milyon nəfərdir.

Torpaqlarımızın 20 faizdən çoxunun Ermənistan tərəfindən işğal edilməsi nəticəsində Azərbaycan da hələ keçən əsrin 80-ci illərinin sonu 90-cı illərinin əvvəllərindən qaçqın və məcburi köçkün problemi ilə üzləşən ölkələrdəndir. Azərbaycanda 1 milyondan artıq insan qaçqın və məcburi köçkün həyatı yaşayır.

S.Xankişiyeva

 

Paylaş:
508

Son xəbərlər

Bu gün böyük yazıçı Mir Cəlal Paşayevin anım günüdürBu gün, 12:59Xəzər dənizi sahili boyu ərazilərdə havada toz müşahidə olunurBu gün, 12:36Əmtəə bazarlarında qızıl ucuzlaşmaqda davam edirBu gün, 12:25Bazar gününün hava proqnozuBu gün, 12:09Tərtərdə avtoxuliqanlıq edərək görüntülərini sosial şəbəkədə yayan şəxs saxlanılıbBu gün, 11:49DİN əməliyyatlar keçirib, 22 kiloqram narkotik aşkarlanıbBu gün, 11:39Mingəçevirdə dələduzluq edən şəxs saxlanılıbBu gün, 11:22Azərbaycan Respublikası Gənclər Təşkilatları Milli Şurası 27 Sentyabr - Anım Günü ilə bağlı silsilə tədbirlər keçiribBu gün, 11:03Saray qəsəbəsində hərbi sursatlar aşkar edilib - FOTO - VİDEOBu gün, 10:57Agro Dairy şirkətinin sponsorluğu ilə “Dəyişən İqlimdə Davamlı Qida Təhlükəsizliyi” Mövzusunda IAOM Avrasiya Konfransı və Sərgisi baş tutdu - FOTOBu gün, 10:52Kamaləddin Qafarov: “Ölkənin xarici borcunun azalması iqtisadiyyatın dinamik inkişafının göstəricisidir”Bu gün, 10:43Havanın temperaturu iqlim normasından yuxarı olub - FAKTİKİ HAVABu gün, 10:26Ziya Bünyadov prospektində hərəkətə qoyulan məhdudiyyət aradan qaldırılıbBu gün, 10:14“Azərbaycan Hava Yolları” QSC-nin rəhbərliyi və kollektivi şəhidlərin əziz xatirəsini yad edib - FOTO27 / 09 / 2024, 20:54MEDİA-da Anım Gününə həsr olunan tədbir keçirilib, inşası davam etdirilən Zəfər parkı ziyarət edilib27 / 09 / 2024, 17:52Bakıda 5 müntəzəm avtobus marşrutunun hərəkət istiqaməti dəyişdiriləcək27 / 09 / 2024, 17:49Milli Qəhrəman Gültəkin Əskərovanın qızı ilk dəfə onun şəhid olduğu yerdə - VİDEO27 / 09 / 2024, 17:42Nəsimi rayonunun bəzi küçələrində işıq kəsiləcək - SİYAHI27 / 09 / 2024, 17:19DİN qanunsuz odlu silahlarla bağlı vətəndaşlara müraciət edib - VİDEO27 / 09 / 2024, 17:03Nazirlərin oktyabrda qəbul cədvəli açıqlanıb27 / 09 / 2024, 16:31
Bütün xəbərlər