İrandan gələn gəmidə narkotik tapıldı | 1news.az | Xəbərlər
Cəmiyyət

İrandan gələn gəmidə narkotik tapıldı

17:30 - 21 / 06 / 2018
İrandan gələn gəmidə narkotik tapıldı

Dövlət Gömrük Komitəsi (DGK) Bakı Baş Gömrük İdarəsinin əməkdaşları Xəzər dənizi vasitəsilə ölkə ərazisinə narkotik vasitə və dərman preparatlarının qanunsuz yolla gətirilməsinə cəhdin qarşısını alıblar.

1news.az-ın DGK-ya istinadən xəbər verir ki, bu fakt Xəzər dənizində İqtisadi Mənafelərin Mühafizəsi Gömrük İdarəsindən daxil olan əməliyyat məlumatı əsasında aşkar edilib. Gömrük əməkdaşları Bakı Hövsan Beynəlxalq Dəniz Limanında İrandan Azərbaycana gələn "NILOUFAR ABI" adlı, IMO 8704456 qeydiyyat nömrəli yük gəmisinə kinoloji xidmət itinin tətbiqi ilə baxış keçiriblər.

Baxış zamanı, gəmi kapitanının baş köməkçisi işlədiyi bildirilən İran vətəndaşı Eshrati Seyed Alireza Seyed Yadollah oğluna məxsus kabinədə, masanın üstündə gömrük nəzarətinə bəyan edilməmiş, üzərində "Aluminium/Magnesium/Simethicone" yazısı olan şüşə qabda 30 ml həcmində və üzərində heç bir yazı olmayan plastik qabda 245 ml həcmində tiryək məhlulu, üzərində farsca yazı olan plastik qutuda isə 1 ədəd metadon və 2 ədəd tramadol tərkibli həblər aşkar olunub.

Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin arayışına əsasən, aşkar edilən tiryək məhlulu kustar üsulla hazırlanıb və həmin məhlulda tiryəkin quru maddəsinin ümumi təmiz çəkisi 5,665 qram təşkil edir.

Aşkar edilən 1 ədəd həbin ⅟4 hissəsinin metadon, 2 ədəd həbin hər birinin ⅟2 hissəsinin tramadol tərkibli dərman preparatı olduğu müəyyən edilib. Bir ədəd həbdə metadonun təsiredici maddəsinin miqdarı 0,01 qr, iki ədəd həbdə tramadolun təsiredici maddəsinin ümumi miqdarı 0,1 qr təşkil edir.

Xatırladaq ki, metadon "Ölkə ərazisində dövriyyəsi məhdudlaşdırılan narkotik vasitələrin II Siyahısı"na, tramadol isə "Güclü təsir edən maddələrin və onların külli miqdarının Siyahısı"na daxildir.Faktla bağlı araşdırma aparılır.

S.Xankişiyeva

 

Paylaş:
454

Son xəbərlər

Toyuna hazırlaşan qız faciəvi şəkildə öldüBu gün, 15:24Azərbaycanda sağlamlıq turizminin inkişafında Naftalan neftinin rolu artırılır - SƏRƏNCAMBu gün, 14:55Xüsusi təyinatlılar təlimdə gecə şəraitində düşmən obyektinə qəfil basqın ediblərBu gün, 14:37“Dövlət informasiya ehtiyatlarının və sistemlərinin Nümunəvi Əsasnaməsi” təsdiq edilibBu gün, 14:14Xüsusi, hərbi, diplomatik rütbələrin və ixtisas dərəcələrinin qarşılıqlı uyğunlaşdırılması qaydası təsdiq edilib - FƏRMANBu gün, 13:53Prezident Çin Xalq Respublikasının Sədrini təbrik edibBu gün, 13:42Azərbaycan neftinin qiyməti 74 dollara düşübBu gün, 13:34Bu gün böyük yazıçı Mir Cəlal Paşayevin anım günüdürBu gün, 12:59Xəzər dənizi sahili boyu ərazilərdə havada toz müşahidə olunurBu gün, 12:36Əmtəə bazarlarında qızıl ucuzlaşmaqda davam edirBu gün, 12:25Bazar gününün hava proqnozuBu gün, 12:09Tərtərdə avtoxuliqanlıq edərək görüntülərini sosial şəbəkədə yayan şəxs saxlanılıbBu gün, 11:49DİN əməliyyatlar keçirib, 22 kiloqram narkotik aşkarlanıbBu gün, 11:39Mingəçevirdə dələduzluq edən şəxs saxlanılıbBu gün, 11:22Azərbaycan Respublikası Gənclər Təşkilatları Milli Şurası 27 Sentyabr - Anım Günü ilə bağlı silsilə tədbirlər keçiribBu gün, 11:03Saray qəsəbəsində hərbi sursatlar aşkar edilib - FOTO - VİDEOBu gün, 10:57Agro Dairy şirkətinin sponsorluğu ilə “Dəyişən İqlimdə Davamlı Qida Təhlükəsizliyi” Mövzusunda IAOM Avrasiya Konfransı və Sərgisi baş tutdu - FOTOBu gün, 10:52Kamaləddin Qafarov: “Ölkənin xarici borcunun azalması iqtisadiyyatın dinamik inkişafının göstəricisidir”Bu gün, 10:43Havanın temperaturu iqlim normasından yuxarı olub - FAKTİKİ HAVABu gün, 10:26Ziya Bünyadov prospektində hərəkətə qoyulan məhdudiyyət aradan qaldırılıbBu gün, 10:14
Bütün xəbərlər