Qobustan və Hacıqabul  stansiyalarında yeni yoldəyişənlər quraşdırılır | 1news.az | Xəbərlər
İqtisadiyyat

Qobustan və Hacıqabul  stansiyalarında yeni yoldəyişənlər quraşdırılır

17:41 - 21 / 06 / 2018
Qobustan və Hacıqabul  stansiyalarında yeni yoldəyişənlər quraşdırılır

Dəmir yolunda aparılan əsaslı təmir prosesinin növbəti mərhələsi çərçivəsində Bakı-Böyük Kəsik istiqamətində 600 km yol əsaslı təmir olunur.

“Azərbaycan Dəmir Yolları” QSC-nin İctimaiyyətlə əlaqələr şöbəsindən 1news.az-a verilən məlumata görə, eyni zamanda 2016-cı ilin sentyabr ayından etibarən 5 və 11 saylı İDYM MMC-lər tərəfindən yeni yoldəyişənlərin quraşdırılması həyata keçirilir.

Xatırladaq ki, ilk belə yoldəyişən 9 sentyabr  2016-cı ildə quraşdırılıb və bu günə kimi 170 yoldəyişən yenisi ilə əvəz olunub.

Hazırda Qobustan və Hacıqabul stansiyalarında 4 ədəd yoldəyişən qurğunun əsaslı təmiri aparılır.  İşlər mərhələli şəkildə davam etdiriləcək. Prosesi 5 saylı İxtisaslaşdırılmış Dəmir Yolu Müəssisəsi  MMC-nin kollektivi həyata keçirir.

1news.az

Paylaş:
305

Son xəbərlər

Bütün xəbərlər