Bu gündən Masazır-Novxanı yolunda hərəkət hissə-hissə məhdudlaşdırılacaq | 1news.az | Xəbərlər
Cəmiyyət

Bu gündən Masazır-Novxanı yolunda hərəkət hissə-hissə məhdudlaşdırılacaq

11:43 - 21 / 06 / 2018
Bu gündən Masazır-Novxanı yolunda hərəkət hissə-hissə məhdudlaşdırılacaq

Avtonəqliyyat vasitələrinin təhlükəsiz hərəkətinin tənzimlənməsi məqsədilə iyunun 21-dən axşam saatlarınadək Abşeron rayonu, Masazır-Novxanı yolunda üfüqi nişanlanma xətlərinin yenidən rənglənməsi işləri aparılacaq.

Bu barədə 1news.az-a Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin mətbuat xidmətindən açıqlama verilib.

Bu məqsədlə avtonəqliyyat vasitələrinin hərəkəti iş aparılan zolaqlar üzrə hissə-hissə məhdudlaşdırılacaq.

Sürücülərdən sözügedən ərazilərdə hərəkətdə olarkən diqqətli olmaları, müvəqqəti yol nişanlarına və yol hərəkəti qaydalarına əməl etmələri xahiş olunur.

S.Xankişiyeva

Paylaş:
433

Son xəbərlər

Bütün xəbərlər