Bakıda yük maşını sərnişin avtobusuna çırpılıb - VİDEO | 1news.az | Xəbərlər
Cəmiyyət

Bakıda yük maşını sərnişin avtobusuna çırpılıb - VİDEO

14:47 - 22 / 06 / 2018
Bakıda yük maşını sərnişin avtobusuna çırpılıb - VİDEO

Son günlər məsuliyyətsiz sürücülərin idarə etdiyi nəqliyyat vasitələrinin sərnişin avtobuslarının hərəkətində çətinlik yaratması, qəza törətməsi və ya qəza şəraiti yaratması kimi halların sayı xeyli artıb.

1news.az-ın verdiyi xəbərə görə, Binəqədi rayonu, Biləcəri dairəsində nasaz vəziyyətdə yola çıxmış ağır tonnajlı yük maşını 135 saylı xətt üzrə hərəkət edən avtobusu vuraraq qəza törədib.

Belə ki, yüklə dolu “Shacman” markalı, 90 NM 518 dövlət qeydiyyat nişanlı yük maşını gəldiyi sürətlə “Daewoo” markalı, 10 TG 031 nömrə nişanlı avtobusa çırpılıb.

Avtobusun salonundakı sərnişinlər arasında ciddi xəsarət alan olmayıb.

Polis faktla bağlı araşdırma aparır.

S.Xankişiyeva

Paylaş:
497

Son xəbərlər

Bütün xəbərlər