Azərbaycan nümayəndə heyəti OPEC-ə Bibiheybət neft buruğunun əksi olan tablo hədiyyə edib | 1news.az | Xəbərlər
İqtisadiyyat

Azərbaycan nümayəndə heyəti OPEC-ə Bibiheybət neft buruğunun əksi olan tablo hədiyyə edib

17:04 - 23 / 06 / 2018
Azərbaycan nümayəndə heyəti OPEC-ə Bibiheybət neft buruğunun əksi olan tablo hədiyyə edib

Azərbaycan nümayəndə heyəti Neft İxrac Edən Ölkələr Təşkilatına (OPEC) Bibiheybət neft buruğunun əksi olan tablo hədiyyə edib.

1news.az-ın AZƏRTAC-a istinadla verdiyi xəbərə görə, iyunun 23-də Vyanada keçirilən OPEC və qeyri-OPEC ölkələrinin nazirlərinin 4-cü iclası zamanı dünyada sənaye üsulu ilə ilk dəfə neft çıxarılan Bibiheybət neft buruğunun əksi olan tablo Azərbaycan nümayəndə heyəti tərəfindən OPEC-ə hədiyyə olunub.

Azərbaycanın energetika naziri Pərviz Şahbazov təqdimat zamanı bildirib ki, Azərbaycan “Əməkdaşlıq Bəyannaməsi”nin başlanğıcından etibarən öz öhdəliklərinə sadiqdir: “Azərbaycan həm də bu təşəbbüsün fəal iştirakçılarından biridir. Azərbaycanda neft hələ qədim dövrdən çıxarılır. 1846-cı ildə dünyada sənaye üsulu ilə ilk dəfə neft məhz Azərbaycanda, Bakıda çıxarılıb. O gündən etibarən neftin yeni dövrü başlayıb və bu günə qədər uğurla davam etdirilir”.

P.Şahbazov tədbir iştirakçılarına Azərbaycan Prezidenti İlham Əliyevin OPEC və qeyri-OPEC ölkələrinin növbəti Nazirlər Şurasının iclasının Bakıda keçirilməsinə dair dəvətini çatdırıb. O qeyd edib ki, bu, hər kəs üçün nəinki Bakıdakı konfransda iştirak etmək, həm də dünyanın neft sənayesinin müqəddəs yeri olan Bakının gözəlliyini görmək üçün gözəl bir imkan olacaq.

S.Xankişiyeva

 

Paylaş:
384

Son xəbərlər

Bütün xəbərlər