Məktəblilər imtahandan əvvəl hansı peşəyə uyğun olacaqlarını öyrənə biləcək – FOTO

“Dərs Evi” tədris mərkəzi 24 iyun tarixində “Holiday Inn Baku” otelində abituriyentlər üçün “Doğru peşə seçimi etmək vaxtıdır” adlı seminar təşkil edib.
“Dərs Evi” ölkədə imtahanqabağı peşə seçimilə bağlı abituriyentlərə “test” təklif edən ilk təhsil müəssisəsi olub.
Bu test Moskva Dövlət Universitetinin Test və İnkişaf Mərkəzi tərəfindən hazırlanıb. Bu test 207 sualdan ibarətdir. Cavabların nəticələrinə görə proqram abituriyentə ən çox uyğun gələn ixtisası müəyyən edir.
ABŞ-a və İsraildə keçirilmiş tədqiqatlar göstərdi ki, tələbələr təhsil seçimində uğurlu nəticələr əldə etdilər. Bu tələbələr daha yaxşı oxuyur (yəni, onların orta balı peşəsini fərdi şəkildə seçən tələbələrin orta balından 18-34 faiz daha yüksəkdir).
Demək olar ki, bütün tələbələr təhsilini seçdiyi ixtisas üzrə başa vurur. (92% 71-72 faizə qarşı). Onların iş yerində rahatlığı daha çoxdur. Onların karyerası daha stabil olur.
Seminarda 100-ə yaxın abituriyent və onların valideynləri iştirak edib. Həmçinin Heydər Əliyev adına Müasir Təhsil Kompleksinin rəhbəri Anar Məmmədov və “Gilan Holding”in direktoru Allahverdi Bağırov onlarla öz təcrübəsini bölüşür.
Seminar iştirakçılarından bəziləri pulsuz yoxlamaya və konsultasiyaya kuponları qazanırlar. Məktəbli qızlardan biri testi keçə bilib. Testin nəticələrinə görə, Tamilla qabiliyyətinə və bacarığına görə mühəndislik, genetika və biokimya sahəsində yaxşı mütəxəssis ola bilər.
Məktəbli və abituriyentlər üçün düzgün ixtisas seçimi – uğura nail olmağın birinci addımıdır.
Əgər ixtisas seçimi üzrə test abituriyentin düzgün seçimini təsdiq edəcəksə, bu onun üçün uğur qazanmağa əlavə stimul olacaq. Əks halda abituriyent vaxtında öz seçimini dəyişə biləcək.
Əgər övladınızın peşə seçimi üzrə testi keçməsini istəyirsinizsə, “Dərs Evi” müəssisəsinin *3377 nömrəli telefonuna zəng edə bilərsiniz.
Həmçinin məktəbli və abituriyentlər üçün yay mövsümündə sərfəli təkliflər var: 8-10-cu sinif şagirdləri üçün ixtisas seçimi üzrə yay məktəbi və IELTS kurslarına hazırlıq.
Reklam hüququnda