Heydər Əliyev Mərkəzində Gürcüstan rəssamlarının sərgisi açılıb - FOTO | 1news.az | Xəbərlər
Cəmiyyət

Heydər Əliyev Mərkəzində Gürcüstan rəssamlarının sərgisi açılıb - FOTO

09:49 - 28 / 06 / 2018
Heydər Əliyev Mərkəzində Gürcüstan rəssamlarının sərgisi açılıb - FOTO

Heydər Əliyev Mərkəzində Gürcüstan rəssamlarının əsərlərindən ibarət “Cari vəziyyət” adlı sərgi açılıb.

1news.az  xəbər verir ki, açılış mərasimində çıxış edən Heydər Əliyev Mərkəzinin direktoru Anar Ələkbərov bu sərginin Gürcüstan Mədəniyyət Nazirliyi və Gürcüstan Milli Muzeyi ilə birgə əməkdaşlıq çərçivəsində ərsəyə gəldiyini bildirib. Diqqətə çatdırıb ki, sərgi ötən əsrin 80-90-cı illərində Gürcüstan təsviri incəsənətinin inkişafına töhfə vermiş 25 rəssamın yaradıcılığı ilə tanışlıq imkanı yaradır. Layihənin reallaşmasında əməyi olan hər kəsə təşəkkürünü bildirən Anar Ələkbərov sərginin bəyəniləcəyinə və xoş təəssüratlar yaradacağına ümidvar olduğunu deyib.

Sərginin kuratoru Çarlz Merevezer çıxışında ilk növbədə Heydər Əliyev Fonduna və Heydər Əliyev Mərkəzinə dərin minnətdarlığını bildirib. “Sərginin əsas məqsədi Azərbaycan ictimaiyyətini Gürcüstan incəsənətinə aid məqamlarla tanış etməkdir. Ümumiyyətlə, Azərbaycan və Gürcüstan regionun mühüm dövlətləridir. Onların arasındakı çox sıx münasibətlər həm də incəsənətin təşviqinə öz töhfəsini verir”, - deyən Çarlz Merevezer iki il yarım Gürcüstanda yaşamasından, bu ölkənin incəsənətini öyrənməsindən danışıb. Qeyd edib ki, Heydər Əliyev Mərkəzində təşkil edilən sərgidəki nümunələr sırasında həm fərdi, həm də dövlət kolleksiyasına aid əsərlər yer alıb.

Sərgidə nümayiş olunan əsərlərin 1985-ci ildən sonra Gürcüstanda yaşanan dəyişiklikləri əks etdirdiyini diqqətə çatdıran Çarlz Merevezer deyib: “Bu əsərləri Nyu-York, London və Asiya regionuna məxsus incəsənətlə müqayisə etsək, 1980-1990-cı illərə aid olan və sonrakı dövrləri əhatə edən incəsənətin xüsusi məna kəsb etdiyini görərik. Sərginin digər bölümündə isə 2000-2005-ci illərə aid əsərlər də var ki, o vaxt Gürcüstan ötən əsrin 90-cı illəri ilə müqayisədə daha ağır dövrünü yaşayırdı. Biz incəsənətdə genişmiqyaslı dəyişikliklərin şahidi olacağıq”.

Sərginin koordinatoru və Gürcüstan Milli Muzeyinin kuratoru Lika Mamataşvili Gürcüstanın Mədəniyyət Nazirliyi və Milli Muzeyi adından Heydər Əliyev Mərkəzinə təşəkkür edib.

Tədbirdə çıxış edən rəssamlar burada əsərlərinin sərgilənməsindən şərəf duyduqlarını bildirərək bu sərginin Gürcüstan və Azərbaycan incəsənət xadimlərini bir araya gətirdiyini vurğulayıblar. Qeyd olunub ki, 70-ci illərdə Gürcüstan Rəssamlıq Məktəbində azərbaycanlı gənclər də təhsil alıblar və onların gürcüstanlı həmkarları ilə gözəl münasibətləri olub. Azərbaycanlı rəssamlar incə zövqlü əsərlər yaradırlar.

Sərgidə nümayiş etdirilən fotoların müəllifi Quram Tşibaxaşvili sevimli şəhəri Bakıya gəlməsindən və burada sərgi təşkil edilməsindən çox şad olduğunu deyib.

Azərbaycan Rəssamlar İttifaqının sədri, Xalq Rəssamı Fərhad Xəlilov Heydər Əliyev Mərkəzində təşkil edilən bu sərgini ölkənin incəsənət həyatında böyük hadisə kimi dəyərləndirib. Gürcü rəssamlarının əsərlərini yüksək qiymətləndirib və bu yaxınlarda Tbilisidə keçirilən festivaldan söz açıb.

Qeyd edək ki, “Cari vəziyyət” sərgisinin ekspozisiyasında Vaxo Buqadze, Levan Çoqoşvili, Malxaz Datukişvili, Giya Edzgveradze, Mişa Qoqriçiani, Mamuka Caparidze, Temo Cavaxişvili, Kote Cinçaradze, Karlo Kaçarava, Keti Kapanadze, Uşanqi Xumaraşvili, Luka Lasareişvili, Maya Naveriani, Koka Ramişvili, Lia Şvelidze, Murtaz Şvelidze, Kote Sulaberidze, Oleq Timçenko, Mamuka Tsetsxladze, Maya Tsetsxladze, Niko Tsetsxladze, Quram Tsibaxaşvili, Teona Çaparidze, İliko Zautaşvili və Daniel Spehrin əsərləri təqdim olunur.

1970-ci illərin sonunda başlayan və 2000-ci ilədək davam edən dövr Gürcüstanın müasir bədii və incəsənət istiqamətinin yüksəlişi ilə yadda qalıb. Əhəmiyyətli olmasına baxmayaraq, Gürcüstan incəsənətinin bu dövrü az tanınmış və kifayət qədər tədqiq edilməyib.

Sərgi avqustun 26-dək davam edəcək.

1news.az

Paylaş:
398

Son xəbərlər

Toyuna hazırlaşan qız faciəvi şəkildə öldüBu gün, 15:24Azərbaycanda sağlamlıq turizminin inkişafında Naftalan neftinin rolu artırılır - SƏRƏNCAMBu gün, 14:55Xüsusi təyinatlılar təlimdə gecə şəraitində düşmən obyektinə qəfil basqın ediblərBu gün, 14:37“Dövlət informasiya ehtiyatlarının və sistemlərinin Nümunəvi Əsasnaməsi” təsdiq edilibBu gün, 14:14Xüsusi, hərbi, diplomatik rütbələrin və ixtisas dərəcələrinin qarşılıqlı uyğunlaşdırılması qaydası təsdiq edilib - FƏRMANBu gün, 13:53Prezident Çin Xalq Respublikasının Sədrini təbrik edibBu gün, 13:42Azərbaycan neftinin qiyməti 74 dollara düşübBu gün, 13:34Bu gün böyük yazıçı Mir Cəlal Paşayevin anım günüdürBu gün, 12:59Xəzər dənizi sahili boyu ərazilərdə havada toz müşahidə olunurBu gün, 12:36Əmtəə bazarlarında qızıl ucuzlaşmaqda davam edirBu gün, 12:25Bazar gününün hava proqnozuBu gün, 12:09Tərtərdə avtoxuliqanlıq edərək görüntülərini sosial şəbəkədə yayan şəxs saxlanılıbBu gün, 11:49DİN əməliyyatlar keçirib, 22 kiloqram narkotik aşkarlanıbBu gün, 11:39Mingəçevirdə dələduzluq edən şəxs saxlanılıbBu gün, 11:22Azərbaycan Respublikası Gənclər Təşkilatları Milli Şurası 27 Sentyabr - Anım Günü ilə bağlı silsilə tədbirlər keçiribBu gün, 11:03Saray qəsəbəsində hərbi sursatlar aşkar edilib - FOTO - VİDEOBu gün, 10:57Agro Dairy şirkətinin sponsorluğu ilə “Dəyişən İqlimdə Davamlı Qida Təhlükəsizliyi” Mövzusunda IAOM Avrasiya Konfransı və Sərgisi baş tutdu - FOTOBu gün, 10:52Kamaləddin Qafarov: “Ölkənin xarici borcunun azalması iqtisadiyyatın dinamik inkişafının göstəricisidir”Bu gün, 10:43Havanın temperaturu iqlim normasından yuxarı olub - FAKTİKİ HAVABu gün, 10:26Ziya Bünyadov prospektində hərəkətə qoyulan məhdudiyyət aradan qaldırılıbBu gün, 10:14
Bütün xəbərlər