Alimentə görə məhkəmədə arvadını öldürdü

Mingəçevir şəhərində boşanmaq üçün məhkəməyə gələn qadın əri tərəfindən öldürülüb.
1news.az-ın verdiyi xəbərə görə, Mingəçevir Şəhər Məhkəməsində boşanma işi zamanı ər qəfil arvadına hücum çəkərək boğaz nayihəsinə bıçaq zərbələri vurub.
Yaralı Mingəçevir şəhər sakini, 1977-ci il təvəllüdlü Təranə Fərmail qızı Nəbiyeva ağır vəziyyətdə xəstəxanaya aparılarkən yolda dünyasını dəyişib.
Faktla bağlı Mingəçevir Şəhər Prokurorluğunda cinayət işi açılıb, araşdırmalara başlanılıb.
Qeyd edək ki, qətlə yetirilən qadın 1 uşaq anası olub.
S.Xankişiyeva
613